Yol ayrıcında qalan məcburi köçkünlər (VİDEO)

Bakıdan Sumqayıta dəmir yolu xətti çəkilir. Amma bu, 1993-cü ildən burada məskunlaşan məcburi köçkünlərin ürəyincə deyil. Onlar məskunlaşdıqları ərazidə yaşaya bilməyəcəklərindən narahatdılar. Getməyə isə yerləri yoxdu. Cəbrayıldan məcburi köçkün kimi bura gələn Əsəd bəy deyir ki, dəmir yolu xətti evləri üçün təhlükəlidir. Kamera önündə danışmaq istəməyən dəmiryolu işçisi deyir ki, dövlət proqramı əsasında Bakıdan Sumqayıta sürət qatarı çəkilir. Buna görə də vətəndaşların təhlükəsizliyi üçün dəmir yolu xətti ilə evləri arasına 3 metrlik hasar çəkiləcək. Sakinlər isə hasarın problemlərinə çarə olmadığını deyirlər. Əhliman bəy də 22 ildir burada yaşayır. O, burada yaşamağın çətinliyindən danışır. Sakinlər ev, yol, dəmiryolçular isə işlərini görmək istəyirlər. Onlar “Yerli icra strukturları sakinlərin şikayəti ilə maraqlanmalıdır. Dəmir yolu nə qaçqınkomdur, nə də icra hakimiyyəti” deyirlər. Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sözcüsü Elçin Qədimov isə Meydan Tv-yə bu məsələnin gündəmdə olmadığını dedi. O bildirdi ki, balanslarında boş mənzil yoxdur.

Ana səhifəVideoYol ayrıcında qalan məcburi köçkünlər (VİDEO)