Yerevandan Azərbaycana səfər edən vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda saxlanılan erməni məhbuslarla görüşmək istəyiblər, amma bu təmin olunmayıb. Bəs hər iki ölkənin vətəndaş cəmiyyəti fəallarının görüş mübadiləsi bu cəmiyyətlərə hansı töhvəni verir? “Vətəndaş diplomatiyasının məzmunu bundan ibarətdir ki, rəsmi siyasəti təmsil etməyən şəxslər cəmiyyətin problemlərini danışırlar. Azərbaycandan gedənlər bu vaxta kimi vətəndaşların nə mülkiyyət, nə siyasi, nə də sosial problemlərini danışmayıblar. Yerevana gedib kimi, necə təmsil ediblər? Yerevandan gələnlər isə, seperatçılarla görüşmək istəyənə qədər, Azərbaycanda yaşayan yüzlərlə erməni var. Onların həyatları ilə maraqlanardılar”.