Yeniyetmə polis bölməsinə aparılıb, paylaşımları silinib

18 yaşı olmayan Zəhra Kələntərovanın bildirdiyinə görə, onun telefonu alınıb və sosial şəbəkədə yazdığı paylaşımlar silinib.

Mənbə: DİN


Zəhra Kələntərova polisə aparılmasını sabiq prezident Heydər Əliyevin şəklini cızma-qara etməsi ilə əlaqələndirib

Yeniyetmə bloger Zəhra Kələntərovanın aprelin 5-də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 29-cu polis bölməsinə aparıldığı bildirilir.

Bu barədə Zəhra Kələntərova özü və dostları məlumat paylaşıb.

18 yaşı olmayan Zəhra Kələntərovanın bildirdiyinə görə, onun telefonu alınıb və sosial şəbəkədə yazdığı paylaşımlar silinib.

“Eyni zamanda, onun adından üzr istədiyi, peşman olduğunu ifadə edən post paylaşıblar. Zəhranın 18 yaşı tamam olmayıb. Polis bölməsinə qəyyumu və ya vəkili olmadan aparılması qanunsuzdur. Qeyd edim ki, heç evinə rəsmi bildiriş də göndərilməyib”, – deyə fəal Sanay Yağmur yazıb.

Zəhra Kələntərova özü polisə aparılmasını sabiq prezident Heydər Əliyevin orta məktəb dərsliyindəki şəklini cızma-qara etməsi ilə əlaqələndirib.

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Meydan TV-yə olaydan xəbərsiz olduğunu desə də, “əsassız yerə aparmazlar”,- deyə fikrini tamamlayıb.

Ana səhifəSiyasətYeniyetmə polis bölməsinə aparılıb, paylaşımları silinib