Yaralanan mülki şəxs vəfat edib

Rəhimov Zahid Vəliş oğlunun vəziyyəti isə ağırdır

Source:


Rəhimov Zahid Vəliş oğlunun vəziyyəti isə ağırdır

Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki şəxslərdən biri dünyasını dəyişib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, aldığı qəlpə yaraları ilə Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmiş Çəmənli kənd sakini, 67 yaşlı Hüseynov Əli Müseyib oğlu günorta saatlarında vəfat edib.

Ermənilərin bütün gecə boyu Ağdamın yaşayış məntəqələrini atəşə tutuması nəticəsində Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından ölüb.

Müxtəlif qəlpə yaraları almış yeddi nəfər hazırda Ağdam Mərkəzi rayon Xəstəxanasında həkim nəzarəti altındadır.

Xəstəxanadan APA-ya verilən xəbərə görə, Çəmənli kənd sakinləri Abdullayev Anar Nizami oğlu, Məmmədov Elnur Polu oğlu, Tağıyev Elgiz Tofiq oğlu, Fərəcov Zahid Fərəc oğlu, Məmmədov Anar və Kərimov Sirdaş Şükür oğlunun həyatlarına təhlükə yoxdur.

Rəhimov Zahid Vəliş oğlunun vəziyyəti isə ağırdır.

Ana səhifəAnalitikaYaralanan mülki şəxs vəfat edib