Nizaməddin Quliyev və Ramiz Tatarov

Mənbə: Foto: Meydan tv

Başlıq: Nizaməddin Quliyev və Ramiz Tatarov

YAP-çı Ağstafa rayon icra başçısı və müavininin həbsini təsdiqlədi

Məqalə yeniləndi:  19 Dekabr 2019

Aydın Mirzəzadə: “Qanun hamıya eynidir”

Yerli mətbuatda Ağstafa Rayonunun İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin və onun birinci müavini Ramiz Tatarovun həbs edilmələri barədə xəbərlər yayılıb. Bir sıra media orqanları istinad göstərməsələr də, adıçəkilən şəxslərin Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqlarını və evlərində axtarış aparılmasını yazıblar.

Ramiz Tatarov həmçinin YAP Ağstafa rayon təşkilatının sədridir.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Modern.az” saytına xəbəri təsdiqləyib və deyib ki, sözügedən həbs partiyanın imicinə heç bir xələl gətirmir:

“Hər iki şəxsin həbsi göstərir ki, qanun hamıya eynidir. Qanunu pozan hər kəs öz cəzasını alacaq. Hansı postu tutmasından, hansı vəzifədə olmasından asılı olmayaraq”.

Nizaməddin Quliyev 1954-cü ildə anadan olub. O, 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olub. Azərbaycan Prezidentinin sərəncamı ilə 2019-cu il aprelin 5-də Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Nizaməddin Quliyev 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  19 Dekabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mejskm

Ən çox baxılan