Xələf Xələfov nazir müavini postunu itirdi

Xələf Xələfov

Xələf Xələfov

Sabiq müavin Nazirlər Kabinetinin Aparatına rəhbərlik edəcək

Xarici işlər nazirinin müavini Xələf Xələfov tutduğu vəzifəsindən azad edilib. Dekabrın 13-də prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Baş nazir Novruz Məmmədov Xələf Xələfovun Nazirlər Kabineti Aparatının rəhbəri təyin olunması haqda sərəncam imzalayıb. 

Xələf Xələfov 1997-ci ildən xarici işlər nazirinin müavini vəzifəsini tuturdu, o, həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi idi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dn63vi

Ən çox baxılan