Mövlud Süleymanlı insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi
Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Mövlud Süleymanlının (Balakişiyev) vəfat etdiyi bildirilir.
Bu barədə APA-ya yazıçının oğlu məlumat verib.
Mövlud Süleymanlı bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.
İnsult keçirən 81 yaşlı yazıçının Klinik Tibbi Mərkəzdə əməliyyat olduğu bildirilirdi.
Onun vəziyyəti orta ağır qiymətləndirilirdi.
Mövlud Süleymanlı (Balakişiyev Mövlud Süleyman oğlu) 1943-cü il martın 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı “Cücəkənd”) doğulub.
O, bir çox povest, hekayə və romanların müəllifidir.