Ağadadaş Ağayev yenə əməliyyat olunub
Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağadadaş Ağayev növbəti əməliyyatını keçirib.
Türkiyədə özəl xəstəxanalardan birinə yerləşdirilən müğənni “İnstagram” səhifəsində foto paylaşaraq, əməliyyatının uğurla keçdiyini bildirib.
İfaçının bundan öncəki əməliyyatı aprelin ortalarında olmuşdu.
Ağadadaş Ağayev 1956-cı ildə Cəlilabadda doğulub.
1998-ci ildə əməkdar, 2006-cı ildə isə xalq artisti adına layiq görülüb.