Azərbaycanda internetdə səslənən fərqli fikrə qarşı ciddi təqiblər başlayıb
Müxalif mətbuat və jurnalistlər davamlı olaraq hakimiyyətin muzdlu trollarının və həqiqi tərəfdarlarının təhdidlərinə mərzu qalırlar.
Azərbaycan hakimiyyətini və prezident İlham Əliyevi tənqid etdiyimə görə mənə çox şey – fahişə, it, donuz deyilib. Xəstə anamı və rəhmətlik atamı da bu cür təhqir ediblər. Anam fahişə, atam isə erməni fahişəsi ilə yatan satqın adlandırılıb. Məni İstanbulda yaşayarkən türk və erməni dillərində dərc olunan “Agos” qəzetinə köşə yazdığıma görə açıq şəkildə rüsvay ediblər.
Sosial şəbəkələrdə avtomatik yaradılan və bu təhqirləri yayan hesabların arasında olan daimi istifadəçilər qrupunu müəyyənləşdirə bildim. Onlar tez-tez öz qaraguruh liderlərinin “twitter” postlarını yenidən yayan real insanlardır (onlar arasında daha yaradıcı olanlar qrup halında yox, tək-tək fəaliyyət göstərirlər). Həmin qadınlar və kişilər onlayn olan kimi məni izləməyə başlayırlar. Onlar “twitter”də paylaşdığım yazılara rəy bildirməklə məşğuldurlar. Bəzilərini bloklamışam, bəzilərini izləmirəm, amma ən çox onlara məhəl qoymamağı öyrənmişəm.
Xülasə
Azərbaycanda hökumətyönlü trollar (troll – sosial şəbəkələrdə məqsədli və aqressiv şəkildə provokasiya xarakterli postlar yazan şəxs) son beş ildə daha çox fəallaşıblar. “Freedom House” təşkilatı internet azadlığına dair
hesabatında
hökumətyönlü trolların ifadə azadlığına qarşı dağıdıcı hücum xarakterini vurğulayaraq, Azərbaycanı 56-cı yerə endirib.
Bir dəfə çox yaxın bir dostumun trollar haqqında dediyi kimi: onları boğulanacan bəsləyin
Əvvəllər bu trolların hesabları hökumətyönlü “İRƏLİ” İctimai Birliyi tərəfindən idarə olunurdu. Təşkilatın baş katibi Rauf Mərdiyev 2011-ci ildə “news.az” saytına müsahibəsində demişdi ki, “İRƏLİ”nin internet texnologiyaları mərkəzi “gənc nəslin maarifləndirilməsi və virtual məkanda Azərbaycanın maraqlarının qorunmasına” xidmət edir. Onlayn məkanda “maraqların qorunması” ifadəsi izah edir ki, “İRƏLİ” onlarla eyni fikirdə olmayan internet istifadəçilərini trollaşdırmaqla məşğul olub.
Dediklərinə görə, bu təşkilat hakim partiyanın gənclər təşkilatından daha çox iş görüb.
“Onların hesabları daha inandırıcı – şəkillər daha yaxşı, fəaliyyətləri daha peşəkar görünürdü”, Azərbaycanda internet istifadəsi üzrə çoxsaylı
araşdırmaların
müəllifi, Vaşinqton Universitetinin professoru Keyti Pirs deyir.
Mərdiyevin müsahibəsi həm də”İRƏLİ”nin internet texnologiyaları tədrisi layihəsində xeyli insanın işlədiyi qənaəti yaradır.
“Ölkənin ən müxtəlif 52 şəhər və rayonlarından 50 minədək insan bu təlimlərə cəlb olunub. Hədəfimiz informasiya müharibəsində aktiv iştirak edən gənc insanlar hazırlamaqdır”, – deyə Mərdiyev bildirib.
Mərdiyev kimi perspektivli liderlər hamının içindən seçilmək istəyirlər. “İRƏLİ” kimi bir təşkilata üzv olmaq hökumətdə karyeraya ucalmaq üçün geniş yol açır. “twitter”də daha çox post yazdıqca, daha çox nəzərə çarpırlar, daha çox loyallıq göstərdikcə tanınmaq şansları daha da artır və nəhayət vəzifəyə ucalırlar. Professor Pirs bu fenomeni “kəmiyyət uğuru” kimi izah edir. Bu uğur, əslində onlar üçün elə də əhəmiyyət daşımayan keyfiyyətin yox, onlayn “tweet”lərinin və yazdıqları rəylərin sayı ilə ölçülür.
İldən-ilə artan uğurlarına baxmayaraq, Mərdiyev siyasi şəraitin qurbanına çevrildi. 2014-cü ildə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan (hazırkı prezident) və İslam din xadimi, “Hizmət” hərəkatının lideri Fətullah Gülən arasında yaranan konflikt
Azərbaycana
da yayıldı. “Hizmət” hərəkatına bağlı məktəbin məzunu olan Mərdiyev “İRƏLİ”nin rəhbərliyindən uzaqlaşdırıldı.
Belə bir anlayış, yaxud ümid var: virtual dünyada Əliyevlər ailəsinin ətrafında olmaq reall həyatda bu yüksək təbəqənin sıralarına qatılmağa kömək edə bilər
Mərdiyev səhnədən kənarlaşdırılan yeganə insan deyildi. “İRƏLİ” lideri – Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovu da itirdi.
Mərdiyevə gəlincə, o, Azərbaycanı tərk etdi və ancaq müəyyən hadisələr onun millətçilik qanını qaynadır. O, dezinformasiyaya qarşı mübarizə aparır, o da məsələ Dağlıq Qarabağın ərazi bütövlüyü ilə bağlı olanda, amma daha hökumətin mövqeyini müdafiə edən formada yox. Mərdiyev bir dəfə Azərbaycanın paytaxtı Bakıda keçirilən və rejim üçün prestijli hadisə hesab olunan “Formula 1” yarışının başa çatması münasibətilə Allaha şükür etmişdi.
Aslanovun və Mərdiyevin “İRƏLİ”dən getməsi təşkilatın dominantlığına zərbə vurdu. “İRƏLİ”də hələ də çoxlu sayda trolların olmasına baxmayaraq, onlar hakim partiyanın gənclər təşkilatı və digər gənclər təşkilatlarının üzvləri tərəfindən sıxışdırılıblar. Amma, sələflərindən fərqli olaraq, onları ifşa etmək daha asandır və onlar elə də hiyləgər deyillər. Onların profilləri Azərbaycanın bayrağı, yaxud da İlham Əliyevin (bəzən də onun atasının) şəkilləri ilə bəzədilib. Onların paylaşdığı postlar bir-birini təkrar edir və hesablarının avtomatik yaradıldığı aydınca görünür, hökumətə isti təriflər, hökməti olduğu kimi qəbul etməyənlərə qarşı nifrət yağdırırlar. Onlar müxtəlif peşə sahibləri- buxalterlər, tələbələr, müəllimlər və əlbəttə ki, hökumətyönlü gənclər təşkilatlarının üzvləridirlər.
Corab kuklalarının marşı
Azərbaycan hökumətinin öz məqsədləri üçün neçə trolu işlə təmin etdiyini dəqiq demək çətindir. Mərdiyev 2011-ci ildə “İRƏLİ”nin
50 minədək
adamla işlədiyini deyibsə, indi trolların sayı bəlkə də, iki-üç dəfə artmış olar (elə onların hədəfə aldıqları insanlara qarşı vulqarlıqlarının artması kimi). Rusiyada da dedildiyi kimi,
“troll fabrikləri”
olmadığından, mütləq bu işlə məşğul olan şəbəkələr və bu şəbəkələrdə təqibləri koordinasiya etmək üçün birləşdirici liderlər mövcuddur.
Elmar Məmmədov adlı şəxsin qrup söhbətində bir qrup gənc azərbaycanlıya Azadlıq Radiosunun Azərbaycan bürosuna və Berlində yerləşən, Azərbaycanda baş verən hadisələrə fokuslanan dissident onlayn televiziya olan Meydan TV-yə hücumla bağlı məlumat verdiyi dəqiq idi. Əksər azərbaycanlıların informasiyanı əsasən televiziyalardan əldə etməsinə baxmayaraq, Azadlıq Radiosu və Meydan TV kimi onlayn media qurumlarının fəaliyyəti alternativ informasiya baxımından mühüm rol oynayır.
Müxalifət partiyaları
sentyabrın 26-da keçiriləcək
konstitusiya dəyişikliklərinə qarşı mitinqlərə hazırlaşanda göstəriş gəlir. Azadlıq Radiosu və Meydan TV etiraz mitinqi ilə bağlı canlı yayıma başlayanda Elmar “Biz hücuma başlayırıq. Hamınıza uğur olsun!” yazmışdı.
Azərbaycanı tənqid etməyə nə həddin var, get öz problemlərinlə məşğul ol!
Növbəti mesajında Elmar qrup üzvlərinə xəbərdarlıq edib ki, paylaşdıqları postlarda YAP (hakim partiyanın adının qısaldılmış formsı) sözünü yazmasınlar, yoxsa bunun təşkil olunmuş göstəriş olduğu üzə çıxacaq. Sonra o öz həmkarlarına daha çox rəy yazaraq Meydan TV-yə hücum etməyi tapşırıb.
Həmin rəylərin əksəriyyəti Azadlıq Radiosunun və Meydan TV-nin “facebook” səhifələrindən silinib.
“Onlar təhqiredici və aidiyyəti olmayan rəylər yazırdılar. Biz də onları silirdik”, – adının gizli saxlanmasını istəyən Azadlıq Radiosunun əməkdaşı deyib.
“Onlar yazırdılar ki, müxalifətçinin oğlu kifayət qədər bahalı maşın sürür. Biz də o rəyləri silirdik. Bu rəyləri yazanlar sonradan bizə yazıb bildirirdilər ki, biz onların ifadə azadlığını pozuruq”,- deyə jurnalist əlavə edib.
Meydan TV-nin sosial media menecerləri Həbib Müntəzir və Orxan Məmməd “opendemocracy.net” saytına müsahibəsində deyib ki, onlar tez-tez gün ərzində “facebook” səhifəsində provokasiya xarakterli rəylər yazan 50-dək profili bloka salmalı olurlar.
“İlham Əliyev haqqında tənqidi, yaxud ölkə haqqında neqativ məlumat müəyyənləşdirən kimi rəylər yazmağa başlayırlar. Tez-tez məzmunsuz bir-birini təkrar edən mesajlar yazırlar. Onları bloklayan kimi eyni adamlar yeni hesab açıb geri qayıdırlar”,- Həbib və Orxan bildirib.
Orxan deyib ki, hökumətlərini müdafiə edən azərbaycanlı və rusiyalı trollar bir-birindən çox fərqlənirlər. Ən böyük fərq isə ondan ibarətdir ki, rusiyalı trollar əsaslı arqumentlərlə – faktlarla, rəqəmlərlə ortaya çıxırlar.
Həbib isə deyib ki, azərbaycanlı trollar hazırlıqsız olurlar: “Onlar sadəcə Meydan TV-nin “facebook” səhifəsinin “screenshot”unu qəbul edir və hücuma başlayırlar”.
Hakim partiyanın gənclər təşkilatı son olaraq Meydan TV-nin təsisçisi, keçmiş siyasi məhbus Emin Millinin AB və ABŞ nümayəndələrinin saytda rəylər bölməsini bağlamağa dair verdikləri tövsiyyələrini təsvir edən
karikatura
post edib.
Qadın olduğun üçün təhqir olunacaqsan, əgər öz fikrini azad şəkildə ucadan söyləyən qadınsansa, sonu görünməyən təhdidlərlə üzləşəcəksən.
Azərbaycanda insan haqlarının pozulduğuna dair məlumatların müzakirə olunduğu beynəlxalq tədbirlər də hücumlara məruz qalır. Trollar profilləri oğurlayır, Ermənistanla davam edən konflikti önə çəkərək yazışmaları təhrif edirlər. Öncə, Azərbaycan hökumətinə ünvanlanan tənqidlər erməni düşmənlərinin törətdiyi vəhşilikləri əks etdirən linklər və təhrif olunmuş fotolarla boğulur. Bu trollar o zaman fərdi şəxslərin ”twitter” adlarını hədəf götürür və beləcə, onların işini nüfuzdan salırlar: “Azərbaycanı tənqid etməyə necə cəsarətin çatır, get öz problemlərinlə məşğul ol” deyirlər.
Varşava konfransının iştirakçıları da bu təcrübəni yaşayıblar. 19-30 sentyabr tarixlərində ATƏT-in İnsan Hüquqlarının Ölçüsü adlı görüş keçirilirdi. Müzakirə mövzusu olan ölkələrdən biri də Azərbaycan idi. Görüş zamanı 35-dək Azərbaycanlı troll rəsmi #HDIM2016 həştəqini ələ keçirdi və başı kəsilən uşaqlar, zorlanan qadınları əks etdirən təhrif olunmuş fotolar yaymağa başladılar. Trollar qərb ölkələrindən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və Qarabağdan olan məcburi köçkünlərin statuslarını tanımağı tələb edirdilər.
Qarabağ müharibəsi hələ də açıq yara olaraq qalır və bölgə son dövrlərdə yeni qarşıdurmaların şahidi olub.
Bunlar kimi, Azərbaycanlı internet istifadəçilərini erməni həmkarları ilə mübahisəyə həvəsləndirməyə ehtiyac belə yoxdur. Bu Azərbaycanda avtoritarizm haqqındakı müzakirələri pozmaq üçün açıq və təşkil olunmuş cəhd idi. Trol yaxud da hökumət nümayəndəsi olub-olmamasından asılı olmayaraq, taktika eynidir. Azərbaycandan olan nümayəndə Nahidə Abdurahmanova ATƏT-in tənqidlərnə qarşı ilk cavabında, hətta media azadlığı və insan haqlarının durumundan heç söz də açmadı. O, sadəcə, Dağlıq Qarabağdan danşdı.
Məhz ATƏT-in həmin tədbiri zamanı məlum oldu ki, dəstəbaşı
Namiq Murad
adlı istifadəçidir. Onun “twitter” profilinə baxanda məlum oldu ki, bu hesab #HDIM2016 haştəqini dağıtmaq üçün yaradılıb.
O, tez-tez “tweet” atır, amma daha çox prezident İlham Əliyevin
“tarixi anlar”
hesab etdiyi fotoları paylaşır. Profilinə yerləşdirdiyi hər iki Əliyevin və Azərbaycan bayrağının fotoları da onun profilinə əhəmiyyətli xüsusiyyət verir.
Trollar və onların hədəfləri
Namiq, digər 30 nəfər və #HDIM2016 trollarının çatışmayan cəhətləri kreativ olmamaqları və ingilis dilini yaxşı bilməməkləri idi. Kuklalar ordusu tənqidlərin qarşısını almaq əvəzinə öz mənfəətlərini güdən “GONGO”larla birləşir və təmsil etdikləri ölkəyə daha çox utanc gətirirlər.
Amma onlarla yanaşı rəy bildirməyi, zorakılıq etməyi və hədəfə çevirdiyi insanlara qarşı qeyri-insani münasibəti şəxsi məqsədlərinə çevirən səmimi trollar da var. Onlar səni alçaldacalar, ailə üzvlərini də təhqir edəcəklər. Bunun davamı olaraq səni cinsi mənsubiyyətinlə təhdid edəcəklər. Azərbaycan kimi ənənəvi patriarxal cəmiyyətdə qadın internet istifadəçiləri həmişə hədəfdə olur və hücumçu tərəf çox nadir hallarda təhqir üçün bəhanəyə ehtiyac duyur.
Qadın olmaq kifayət edir. Əgər öz fikrini azad şəkildə ucadan söyləyən qadınsansa, təhdidlərin həddi-hüdudu olmayacaq.
Mən internetdə siyasi düşüncələrimə görə hücumlara məruz qalmışam. Müşahidələrim də göstərir ki, rəylər tədricən seksual istismar xarakteri almağa başlayır. Bu hücumlara mənim və başqalarının siyasi fikirlərinə məhəl qoymayan digər kişilər də qatılacaqlar.
Qeyd etdiyim kimi bu, o demək deyil ki, Azərbaycanda rejimi, hakim ailəni, hökuməti çox sevən, internet istifadəçiləri yoxdur. Məsələn, “facebook” istifadəçilərindən biri öz
hesabını
Əliyevlər ailəsini tərənnüm edən şeir və mahnılara həsr edib. O, birinci xanımı çox xoşlayır və postlarının birində yazıb: “Mehriban Əliyeva xeyirxahlığın və ümidin mücəssüməsidir”. Digər bir postunda isə M.Əliyevaya xitabən “Sən bizə göylərdən göndərilən mələksən” yazıb.
İlham Əliyevin qızlarının (Arzu və Leyla) “instagram” səhifəsi də təriflərlə doludur. Azərbaycanın internet istifadəçiləri Rusiyanın internet istifadəçilərindən fərqlənir. Azərbaycanda prezident ailəsinə pərəstiş çox güclüdür.
Belə bir anlayış, yaxud ümid var: virtual dünyada Əliyevlər ailəsinin ətrafında olmaq reallıqda yüksək təbəqənin sıralarına qatılmağa kömək edə bilər
İnternet atmosferi getdikcə daha məhdudlaşdırıcı xarakter alır. Bu ay Azərbaycan parlamenti internetdə prezidenti təhqir edənlərə qarşı daha sərt cəzaların verilməsini
müzakirə edib.
Baş prokuror tərəfindən təklif olunan qanun layihəsində Cinayət Məcəlləsinin 323.1-ci maddəsinə düzəliş etmək təklif olunur: “Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətinin qorunması”.
Layihəyə əsasən, “kütləvi informasiya vasitələrində” sözü “kütləvi informasiya vasitələrində və ya “kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında” sözləri ilə əvəz edilir.
Baş prokuror həmçinin saxta istifadəçi hesablarından yazılan təhqirlərin də cinayət halı hesab olunmasına çağırış edib. Layihə səsvermədən keçsə, Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə görə saxta istifadəçi adlar profil və ya hesablardan istifadə etməklə böhtan və təhqirə görə məsuliyyətə cəlb olunacaqlar. Belə qənaətə gəlirəm ki, rejimin trolları gözlərini qırpmadan yeni əlavələrin qəbul olunacağı günü gözləyirlər.
Amma bu təkliflə daha geniş bir mənzərə açılır. Avtoritar Azərbaycanda hökumətin vətəndaşları üzərində nəzarətinin tərkib hissəsi kimi geniş yayılmış onlayn və ənənəvi izləmə mədəniyyəti var. 2015-ci ildə mətbuata sızan sənədlərdən məlum oldu ki, Milanda yerləşən “Hacking Team” şirkəti Azərbaycan da daxil olmaqla bir çox repressiv rejimlərə izləmə
cihazları satıb
.
Paranoid diktatorlarla kiber izləmə sənayesinin birləşməsi çox sərfəlidir. Troll bu cür cihazları olanların nəyinə gərəkdir?
Bu alətlər hökumətlərə şəxsi komputerlərə və mobil telefonlara giriş imkanı yaradır.
“Hacking team”
şirkəti Sərhədsiz Repartyorlar təşkilatının “İnternet indeksi düşmənləri” siyahısına daxil edilib.
“İzləmə cihazlarının insan hüquqlarını istismar edən rejimlərə satılması jurnalistlər, bloggerlər, cinsi hüquqlar uğrunda mübarizə aparan aktivistlər, LGBT toplumunun üzvləri, hüquq müdafiəçiləri də daxil olmaqla internet istifadəçilərini bir başa risk altında qoyur”,- “AccessNow” mediaya sızan məlumatlardan dərhal sonra
yazıb
.
Paranoid diktatorlarla kiber izləmə
sənayesinin birləşməsi çox sərfəlidir. Troll bu cür cihazları olanların nəyinə gərəkdir?
“DDoS”(Distributed Denial of Service) hücumları da çox inkişaf edib. Bu cür əməliyyatlar güzəştli yerli kompüterlərdə daha geniş istifadə olunmağa başlayanda Gustaf Bjorksten qeyd edib ki, ixtisaslaşdırılmış
məlumat mərkəzlərindən idarə olunan “DDoS”lar var.
Bu, çətin ki, bir neçə “narahat vətəndaşın” işi ola. Meydan Tv-nin direktoru Emin Milli “Foreign Policy” jurnalına
müsahibəsində
deyib ki, onun rəhbərlik etdiyi kanal bir neçə fədə “DDoS” hücumlarına məruz qalıb.
“DDoS” hücumlarından Azərbaycanla Ermənistan arasında da çox istifadə olunur. İctimai tədbirlər zamanı hər iki tərəfin xakkerləri dövlət saytlarına hücum edirlər. Hökumətin sponsorluq etdiyi trollar bu hücumlarla öyünür və onlar haqqında ictimaiyyətə məlumat verirlər.
Bu arada, Azərbaycanda tənqidçilər və müxalif fikirli insanlar onlayn mühitdə davam gətirməyə çalışırlar. Bir dəfə çox yaxın bir dostumun trollar haqqında dediyi kimi: “onları boğulanacan bəsləyin”.
Yazı “opendemocracy.net” saytında
dərc olunub.