“Vəsiyyət” tamaşası göstəriləcək

Qara komediya Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq

Source: google


Qara komediya Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq

Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşası təqdim olunacaq.

Fevralın 29-da nümayiş olunacaq tamaşa, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilib. İkihissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində Abbas Qəhrəmanov, Mirzə Ağabəyli, Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev, Rövşən Kərimduxt, Ləman İmanova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, İlahə Həsənova, Fəridə Şahbazova və Ramin Şıxəliyev çıxış edəcək.

Tamaşanı aktyorlar Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edəcək.

Ana səhifəMədəniyyət“Vəsiyyət” tamaşası göstəriləcək