”Vergi xəbərçiliyi” tətbiq oluna bilər (yenilənib)

İqtisadçı: ”İş adamları Vergilər Nazirliyinin onları dostu olduğuna inanmalıdır”

Source:
Samira Musayeva
Samira Musayeva
Samira Musayeva
Samira Musayeva


***


“Nə mövcud qanunvericiliyə dəyişikliklərdə, nə də yaxın perspektivdə vergidən yayınmaya dair məlumatların verilməsi zamanı mükafatlandırma mexanizmi nəzərdə tutulmur”.


Bunu Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən

“Modern.az”

-a bildiriblər.


“Dekabrın 25-də Vergilər Nazirliyində keçirilən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı mətbuat konfransında media nümayəndələri tərəfindən mexanizminin olub-olmaması barədə sual ünvanlanıb. Sual cavablandırılarkən, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən verilən cavabda belə bir mexanizmin olmadığı, bununla bağlı bəzi ölkələrdə beynəlxalq təcrübənin (“Whistleblow” mexanizmi) mövcud olduğu və bunun digər təcrübələr kimi gələcəkdə nəzərdən keçirilməsinin mümkünlüyü qeyd edilib”, mərkəzdən bildirilib.

***


İqtisadçı: ”İş adamları Vergilər Nazirliyinin onları dostu olduğuna inanmalıdır”

Vergilər Nazirliyi vergidən yayınanların qarşısını almaq üçün yeni mexanizm tətbiq edəcək.

Nazirliyin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, qanunvericilikdə vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi” nəzərdə tutulub.

Samirə Musayeva hazırda bununla bağlı mükafatlandırma mexanizmləri olmadığını desə də, gələcəkdə tətbiq olunacağını istisna etməyib:

“Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır. Amma mükafatlandırılma mexanizmi yoxdur. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər”.

Hüquqşünas Ənnağı Hacıbəyli Meydan TV-yə deyib ki, Azərbaycanda vergidən oliqarxlara məxsus iri şirkətlər yayınır. Ona görə də bu məsələdə xəbər verməyə ehtiyac yoxdur. Əgər bütün müəssisələr Vergilər Nazirliyində hüquqi şəxs olaraq qeydiyyata alınıbsa, onların məlumatları nazirliyə bəllidirsə, o zaman araşdırma aparıb vergiyə cəlb etsinlər:

“Vergi orqanları hansı şirkətlərin, müəssisələrin vergidən yayındığını yaxşı bilirlər. Ona görə də vergi qanunvericiliyinin hamıya tətbiq edilməsi vacibdir. Əgər onlar olmayacaqsa, belə xəbərdarlıq, yaxud başqa formal sistemlər heç bir nəticə verməyəcək. Bu mənada qanunvericiliyə bu müddəanın daxil edilməsinin mənası və effekti şübhəlidir”.

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli

Ə.Hacıbəyli xatırladıb ki, vergidən yayınanlar haqda xəbər verənlərin mükafatlandırılacağı qeyd olunsa da, bunun mexanizminin olmadığı etiraf olunur. Ardınca xanım Musayeva əlavə edir ki, gələcəkdə bu mexanizmin yaradıla bilər.

Hüquqşünas bildirib ki, demokratik ölkələrdə belə bir mexanizm olması barədə məlumatsızdır:

“Hətta demokratik ölkələrdə bu mexanizm varsa da, bu, kimliyindən asılı olmayaraq bütün vergi ödəyicilərinə aiddir. Amma Azərbaycanda bu mexanizmin vergidən yayınların hamısına tətbiq olunacağına təminat yoxdur”.

İqtisadçı Natiq Cəfərli Amerika və Avropa Birliyi ölkələrində oxşar mexanizmin olduğunu bildirib.

Amma iqtisadçı bunun tətbiqinin qaydaları olduğunu xatırladıb:

“Əgər hər hansı şirkət, yaxud fiziki şəxsin vergilərlə bağlı problemi yaşanırsa, vergi departamentinə məlumat verir və nəticədə onun vergi hesablamalarında müəyyən güzəştlər olur. Məsələn, xarici ölkələrdə Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları mətbuatda dərc olunan məlumatlar və araşdırmalara reaksiya verir. Azərbaycan mediası indiyə qədər ofşor və yerli şirkətlərin vergidən yayınmalarla əlaqədar onlarla məqalə yayıb. Amma müvafiq orqanlar heç bir addım atmayıblar. Ona görə bu qaydaların Azərbaycanda işləməsi mexanizmi qaranlıq görünür. İnanmıram ki, qaydalar tətbiq olunsa, işləyə bilər. Burda yerli xüsusiyyətləri də nəzərə almaq lazımdır, Azərbaycanda xəbərçilik kimi məsələlərə o qədər də yaxşı baxılmır. Yalnız dövlətlə vətəndaş arasında güvən olan ölkələrdə bu mexanizm işləyir. Azərbaycanda isə dövlətlə vətəndaş arasında güvən bağı yoxdur. Dövlət vətəndaşın səsinə və vergisinə ehtiyacının olmadığını hər dəfə büruzə verir, nəticədə vətəndaş da dövlətə güvənmir”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli bu mexanizmin tətbiq ediləcəyi təqdirdə neqativ tərəflərinin olacağını düşünür:

“Bir-biri ilə rəqabət aparan şirkətlər mane olmaq üçün yalan, yoxlanılmayan məlumatları müvafiq nazirliyə ötürməklə rəqiblərinə problem yarada bilərlər. Ona görə vətəndaşlarla dövlət, vergi ödəyiciləri ilə vergi orqanları arasında bir orqanik bağ olmalıdır, iş adamları Vergilər Nazirliyinin onları dostu olduğuna inanmalıdır. Əks təqdirdə, bu cür mexanizmlər işləməyəcək”.

İqtisadçı deyir ki, Almaniya və Skandinaviya ölkələrində vətəndaşla dövlət arasında birbaşa güvən olduğu üçün mexanizm işləyir. Vətəndaş ödədiyi verginin ona xidmət üçün xərcləndiyinə inanır. Kimsə vergidən yayınırsa, göstəriləcək xidmətin həcmini və keyfiyyətini aşağı salır. Ona görə belə mənzərə ilə qarşılaşanda müvafiq orqanlarla məlumat verir.

Ana səhifəAnalitika”Vergi xəbərçiliyi” tətbiq oluna bilər (yenilənib)