Vaqif Dərgahlı: ”Ermənistan ordusu birmənalı olaraq mülki əhalini hədəf alıb”

”Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, 1 ev yanaraq kül olub”

Source:
Vaqif Dərgahlı
Vaqif Dərgahlı


”Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, 1 ev yanaraq kül olub”

Hazırda təmas xəttində vəziyyət stabildir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıb: “Ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib”.

V. Dərgahlı qeyd edib ki, hazırda təmas xəttində vəziyyət stabildir, Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.

 Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov isə bildirib ki, Ermənilərin ağır silahlardan atəşi nəticəsində Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, 1 ev yanaraq kül olub.

İcra başçısı deyib ki, aprelin 1-dən bugünədək olan hadisələrin ən ağırı ayın 27-dən 28-ə keçən gecə olub: “Bu gecə atılan mərmilərin sayını konkret olaraq demək mümkün deyil. Rayon ərazisinə yüzlərlə mərmi düşüb. Gecə atəşkəsin pozulması nəticəsində 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Ağdam rayon İcra Hakimiyyəti nümayəndəliyinin mühasibi isə kontuziya alıb. Onlarla evlər dağılıb, yüzlərlə mal-qara qırılıb”.

Onun sözlərinə görə, aprelin əvvəlindən rayonun Qaradağlı kəndində 27, Zəngişalı-Mahrızlıda 5 ev, Çəmənlidə 3 ev, Əfədlidə 7 ev dağıdılıb: “Hazırda araşdırma gedir, ola bilsin ki bu rəqəmlər artsın. Bu gecədən səhər saat 5-ə qədər kəndlər artilleriyadan atəşə tutulub, kənddə nəyisə nəzarətdə saxlamaq mümkün olmayıb. Saat 5-dən etibarən isə bizim nümayəndələr, Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərə göndərilib. Hazırda kəndlərə nə qədər ziyan dəyməsi ilə bağlı son məlumatlar toplanır, rəqəmlər dəqiqləşdirilir”.



APA, report.az

Ana səhifəAnalitikaVaqif Dərgahlı: ”Ermənistan ordusu birmənalı olaraq mülki əhalini hədəf alıb”