Vaqif Dərgahlı: ”Dinc əhaliyə atəş açmamaq əmri verilib”

”Nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq silahlı bölmələrimiz düşmənə layiqli cavab zərbələri endirib”

Source:
Vaqif Dərgahlı
Vaqif Dərgahlı


”Nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq silahlı bölmələrimiz düşmənə layiqli cavab zərbələri endirib”

“Düşmənin gecə saatlarında atəşkəsi pozmasının əsas məqsədi yaşayış məntəqələrini hədəfə almaqdır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, aprelin 26-dan başlayaraq Ermənistan silahlı bölmələri sırf mülki əhali arasında itki olsun deyə, gecə saatlarında atəşkəsi kobud surətdə pozurlar: “Bu bir daha erməni barbarlığını nümayiş etdirən faktdır. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ermənilərin bu cür aqressiv addımlarının qarşısının alınması üçün adekvat tədbirlərin görülməsi məqsədilə təmas xəttinə yaxın olan bölmələrimizə birmənalı şəkildə tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun. Həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən tapşırıq verilib ki, Azərbaycan silahlı bölmələri işğal altında olan ərazilərdə məskunlaşan dinc əhaliyə atəş açılmasın. Bizim məqsədimiz düşmənin atəş nöqtələrinə adekvat cavab zərbələri endirməkdən ibarətdir. Bu da düşmənin atəşini susdurmaq məqsədi daşıyır. Nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq silahlı bölmələrimiz düşmənə layiqli cavab zərbələri endirib”.

V. Dərgahlı həmçinin ermənilərin qadağan olunmuş silahlardan istifadə edilməsi məsələsində də toxunub. O qeyd edib ki, belə faktlar var və ictimaiyyətə bu barədə məlumat verilib: “Hazırda həmin qadağan olunmuş silahların mənşəyi araşdırılır. Ermənilərin bu silahlardan istifadə etməsi beynəlxalq konvensiyalara ziddir, ermənilər əhali arasında çoxsaylı itki olması üçün bütün vasitələrdən istifadə etməyə çalışır”.

V. Dərgahlı əlavə edib ki, son günlər ərzində Azərbaycan ordusu heç bir itki verməyib, hər hansı hərbi texnika sıradan çıxarılmayıb.

Ana səhifəAnalitikaVaqif Dərgahlı: ”Dinc əhaliyə atəş açmamaq əmri verilib”