Valentin Yudaşkin vəfat edib

Valentin Yudaşkin. Foto: screenshot Life.

Modelyer xərçəng xəstəliyindən əziyyət çəkirdi

Rusiyanın Xalq rəssamı və Əməkdar incəsənət xadimi, modelyer Valentin Yudaşkin 59 yaşında vəfat edib.

Bu barədə Rusiyanın “Birinci Kanal”ı məlumat yayıb.

“Dünya miqyasında nüfuzu olan modelyerin geyim nümayişləri həmişə moda dünyasında möhtəşəm hadisəyə çevrilib”,
– kanalın saytında qeyd olunub.

Valentin Yudaşkinə 2016-cı ildə xərçəng diaqnozu qoyulub.

Modelyer 1963-cü il oktyabrın 14-də Moskva vilayətinin Bakovka kəndində yəhudi ailəsində doğulub.
2012-ci il fevralın 6-da Yudaşkin rəsmi olaraq Prezident Vladimir Putinin etibarlı adamı kimi qeydə alınıb. 

Ana səhifəMədəniyyətValentin Yudaşkin vəfat edib