Vahid Məhərrəmov: ”İqtisadiyyat Nazirliyinin müqayisəsi qüsurludur”

”Bu gün Azərbaycan bazarında aşağı keyfiyyətli buğdadan alınan unun qiyməti yüksək olaraq qalır”

Source:


”Bu gün Azərbaycan bazarında aşağı keyfiyyətli buğdadan alınan unun qiyməti yüksək olaraq qalır”

İqtisadiyyat Nazirliyinin

saytında

unun və çörəyin qiyməti ilə bağlı bildirilir ki, manatın məzənnəsinin dəyişməsi səbəbindən əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək üçun prezident tapşırıqlar verib. Bu sırada buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub. Bunun nəticəsi olaraq, hazırda 50 kiloqramlıq 1 kisə əla növ buğda unuunun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib.

Nazirlik qonşu ölkələrdə un və çörəyin qiymətinin Azərbaycandan baha olduğunu iddia edir: “Unun yeni qiymətləri qonşu ölkələrdəkindən xeyli aşağıdır. Müqayisə üçün; Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır. Çörəyin qiymətinə gəlincə isə, Azərbaycanda hazırda əla növ buğda unundan bişirilimiş 500 qramlıq çörəyin pərakəndə satış qiyməti 30 qəpik təşkil edir. Əla növ buğda unundan bişirilmiş çörəyin 500 qramının pərakəndə satış qiyməti Gürcüstanda 50-70 qəpik, Türkiyədə 1.10-1.20 manat, Rusiyada 60-80 qəpik arasında dəyişir”.

Ancaq kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəm nazirliyin açıqlaması ilə razılaşmır.

O, öz Facebook səhifəsində aparılan müqayisələrin reallığı əks etdirmədiyini və qüsurlu olduğunu düşünür: “Ona görə ki, ölkəmizə gətirilən və unüyütmədə, çörəkbişirmədə istifadə olunan buğda ərzaq buğdası deyil, keyfiyyəti aşağı olan, yemlik, yəni 4-cü və 5-ci sinif buğdadır. Gürcüstanda hələ Saakaşvili dönəmində 4-cü və 5-ci sinif buğda idxalına qadağa qoyulub. Dünya bazarında 4-cü sinif buğda ilə 3-cü sinif buğda arasında qiymət fərqi 35-40 faizə qədərdir. Ərzaq buğdası hesab olunan 3-cü sinif buğdanın 1 tonunun qiyməti 200 dollardan baha olduğu halda, Rusiya treyderləri 4-cü sinif buğdanı140 dollara, 5-ci sinif buğdanı isə 125 dollara təklif edirlər. Ona görə də sözügedən məhsullar üzrə qiymət müqayisəsi aparmaq qeyri-ciddidir”.
Vahid Məhərrəmov hesab edir ki, ölkəyə gətirilən buğdanın keyfiyyəti aşağı olduğu üçün həmin xammaldan alınan unun da keyfiyyəti aşağıdır: “Azərbaycanda istehsal olunan unun keyfiyyətini nəzərə alsaq, təklif olunan məhsulun (50 kq) qiyməti 17 manatdan baha olmamalıdır. Azərbaycanda un və çörəyin qiyməti keyfiyyətinə uyğun deyil. Əgər idxaldan və un bazarından monopoliya tamamilə götürülərsə, ölkəyə gətirilən unun satış qiyməti 17 manat civarında olar. Bu gün Azərbaycan bazarında aşağı keyfiyyətli buğdadan alınan unun qiyməti yüksək olaraq qalır”.

Ana səhifəXəbərlərVahid Məhərrəmov: ”İqtisadiyyat Nazirliyinin müqayisəsi qüsurludur”