“Utancaq qız” İranda təqdim ediləcək

Akademik Musiqili Teatrı, Foto: Trend.az

“Bir nəfəs qədər” İkinci Qarabağ müharibəsinə həsr olunub

Akademik Musiqili Teatrın kollektivi fevralın 9-dan 13-dək İranda 40-cı dəfə keçiriləcək “Fəcr” beynəlxalq kino, teatr və musiqi festivalında iştirak edəcək.

Bu haqda teatrın mətbuat xidmətinin yaydığı press-relizdə bildirilir.

Teatr fevralın 11-də Tehranda “Bir nəfəs qədər” (Samir Qulamovun pyesi əsasında) musiqili dramını, 12-də isə “Utancaq qız” (Fyodor Dostoyevski) monotamaşasını təqdim edəcək.

“Bir nəfəs qədər” tamaşası İkinci Qarabağ müharibəsinə həsr olunub.

Digər tamaşanı isə Xalq artisti, teatr rejissoru Cənnət Səlimova rus yazıçısı Fyodor Dostoyevskinin “Кроткая” (aciz, həlim, müti, məzlum qızcığaz, qadın-red.) fantastik hekayəsi əsasında hazırlayıb.

Monotamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edəcək.

O, müamiləçi (sələmçi) obrazını canladıracaq.

Hər iki tamaşanın ideya müəllifi və bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevdir.

Ana səhifəMədəniyyət“Utancaq qız” İranda təqdim ediləcək