Tarixdə ilk dəfədir ki, kubok satışa çıxarılır
“Kaluş Orkestri” “Eurovision-2022” kubokunu və solist Oleh Psyukun papağını satışa çıxarır.
Əldə edilən vəsait Ukrayna Silahlı Qüvvələrinə yardıma yönəldiləcək.
Bu məqsədlə uduş təşkil olunub.
Bank hesabı vasitəsilə ianə edənlər arasından təsadüfi qalib seçiləcək.
Papaq və kubok 200 Ukrayna qrivnasına (UAH) – 5 avroya satılır.
Oleh Psyuk çəhrayı rəngli papaqla “Eurovison-2022”nin finalında çıxış edib.
Mayın 10-da İtaliyanın Turin şəhərində “Eurovision 2022” Beynəlxalq Musiqi Müsabiqəsi başlayıb.
Mayın 15-nə keçən gecə “Eurovision 2022” beynəlxalq mahnı müsabiqəsinin finalı keçirilib.
Tamaşaçıların səsverməsinin nəticələrinə görə, “Stefaniya” mahnısı ilə Ukraynanın “Kaluş Orkestri” qrupu qalib olub.
Azərbaycanı “Fade to black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli ümumilikdə 103 xal toplayaraq, 16-cı yerdə qərarlaşıb.