Ukraynada küçə musiqiçisi döyülüb

Ukrayna. Foto: Reuters

Onun musiqini rus dilində ifadə etdiyi üçün hücuma məruz qaldığı bildirilir

Ukraynada küçə musiqiçisinin rus dilində mahnı ifa etdiyi üçün döyüldüyü bildirilir.

Musiqiçi ölkənin qərbindəki İvanovo-Frankovsk şəhərində hücuma məruz qalıb.

Qalmaqallı vəziyyətin şahidləri zərərçəkmişi hücumdan qorumağa çalışdığı bildirilir.

Apreldə İvano-Frankovska şəhər şurası rus yazıçı və alimlərinin adını daşıyan bütün küçələrin adlarının dəyişdiriləcəyini elan edib.

Martda xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Kiyevdən rus dilinə qarşı qanunları ləğv etməsini tələb edəcəyini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkələr arasında münasibətləri və yaranmış problemləri, o cümlədən respublikada rus dili problemini müzakirə etmək üçün Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu deyib.

2014-cü ildə Ukrayna Ali Radası ölkədə rus dilinin regional statusunu ləğv edib.

Daha sonra respublikada Ukrayna dilinin dövlət dili kimi təmin edilməsi haqqında xüsusi qanun qəbul edilib.

2020-ci ildən Ukraynanın bütün rusdilli məktəblərində tədris ukrayn dilinə keçirilməyə başlayıb.

Ana səhifəMədəniyyətUkraynada küçə musiqiçisi döyülüb