Ukrayna xüsusi xidmət orqanları separatçı ərazidə keçmiş komandiri ələ keçiriblər

V.Semax iyunun 27-də Snejnoye şəhərində öz evində ələ keçirilib və hələlik məlum olmayan şəraitdə cəbhə xəttindən Ukrayna ordusunun nəzarət etdiyi əraziyə keçirilib.

Source: Foto: BBC


Saxlanılan şəxs Malayziya sərnişin təyyarəsinin vurulması barədə məlumatlara malikdir

Ukrayna xüsusi xidmət orqanları separatçı “Donetsk xalq respublikası” (DXR) ərazisində əməliyyat keçirərək hava hücumundan müdafiə qüvvələrinin keçmiş komandiri Vladimir Semaxı ələ keçiriblər.



BBC

” xəbər verir ki, V.Semax Kiyevə aparılıb.

Təxmin edilir ki, V.Semax 2014-cü ildə Malayziya hava yollarına məxsus sərnişin təyyarəsinin vurulmasına görə xüsusi xidmət orqanlarının diqqətini cəlb edib.

V.Semaxın ələ keçirilməsini Kiyevdə olan onun vəkili və DXR-də yaşayan qızı da təsdiq ediblər.

V.Semax iyunun 27-də Snejnoye şəhərində öz evində ələ keçirilib və hələlik məlum olmayan şəraitdə cəbhə xəttindən Ukrayna ordusunun nəzarət etdiyi əraziyə keçirilib.

İyunun 28-də, Ukraynanın Konstitusiya günü o, Kiyevə çatdırılıb, iyunun 29-da isə V.Semax Kiyevdə məhkəmə qarşısına çıxarılıb.

V.Semaxın qızı “BBC”-ə bildirib ki, atasının itməsini ilk olaraq V.Semaxın həyat yoldaşı bilib. O, işdən evə gəldikdə, mənzildə qan və dava izləri aşkar edib.

İyunun 28-də isə onun ailəsi Kiyevdəki vəkilindən V.Semaxın həbsdə olması barədə məktub alıb.

Məhkəmədə V.Zenaxa qarşı Ukrayna Cinayət Məcəlləsinin 258-3 maddəsi üzrə “Terrorçu qrupun və ya təşkilatın yaradılması” ittihamı irəli sürülüb.

Günahının sübut olunduğu halda V.Semaxı 8 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

V.Semaxın ələ keçirilməsi əməliyyatını Ukrayna xüsusi xidmət orqanları cəbhə xəttindən uzaqda, dərin ərazilərdə həyata keçiriblər. Onun yaşadığı Snejnoye şəhəri Rusiyadan cəmi 20 kilometr aralıqda yerləşir. Qoşunların təmas xətti həmin şəhərdən 80 kilometr aralıqdan keçir.

Donetskdə yaşayan politoloqlardan biri Roman Manekin bu hadisə barədə öz bloqunda yazan ilk adamlardan olub. O, V.Semaxın döyüş yoldaşlarından birinə istinadən qeyd edib ki, onu öz maşınından buraxılış məntəqələrinin birindən, iflic olmuş adam adıyla əlil arabasında keçiriblər və saxta sənədlərdən istifadə ediblər.

V.Semaxın qızı Mariya Semax güman edir ki, atasının saxlanması 2014-cü ildə Snejnı şəhərində hava hücumundan müdafiə qüvvələrinin rəisi olması əlaqədardır.

“Təyyarə vurulan zaman o, həlledici fiqur olmayıb. Adi hərbçi kimi blokpostda dayanıb”, – M.Semax deyib.

V.Semaxın hərbi biletində qeyd olunub ki, o, 2014-cü il oktyabrın 23-dən polkovnik rütbəsi daşıyıb və hava hücumundan müdafiə briqadasının rəisi olub.

V.Semaxın ələ keçirilməsi üzrə əməliyyatdan bir həftə əvvəl

Beyxəlxalq istintaq qrupu

mətbuat konfransı keçirərək, Rusiyanın üç, Ukraynanın bir vətəndaşını sərnişin təyyarəsinin vurulmasında günahkar bilərək, beynəlxalq axtarışa verib.

Ana səhifəDünyaUkrayna xüsusi xidmət orqanları separatçı ərazidə keçmiş komandiri ələ keçiriblər