Mənbə: Google

Türkiyəli nazir: kürd qüvvələri İŞİD həbsxanasını boşaldıb

Türkiyənin müdafiə naziri Hulusi Akar bazar ertəsi günü deyib ki, kürd YPG döyüşçüləri Ankaranın hücum həyata keçirdiyi Suriyanın şimal şərqində mövcud həbsxanalardan tanınmamış İslam Dövləti məhbuslarını qaçırıb və saxlanma məntəqələrini boşaldıb.

ABŞ prezidenti Donald Tramp bölgədəki iki postdan qüvvələrini çıxartdıqdan sonra, keçən həftə Suriyanın şimal-şərqində Ankara YPG silahlı qüvvələrinə qarşı sərhəd əməliyyatına başlayıb.

Türkiyənin hücumuyla İslam Dövləti (İŞİD) silahlılarının Suriyanın şimalındakı kürd nəzarətində olan həbsxanalardan qaçma ehtimalının yüksəlməsi ilə bağlı həyəcan təbili çalınmışdı. Ankara bu narahatlıqları rədd etmişdi.

Türkiyənin bəyan etdiyi məqsəd terror təşkilatı olaraq gördüyü YPG-nin cənub sərhəd bölgəsini təmizləmək və milyonlarla suriyalı qaçqını məskunlaşdırmaq istədiyi Suriyanın içinə doğru 30 km məsafədə “təhlükəsiz bölgə” yaratmaqdır. Ankara həmçinin “təhlükəsiz bölgə” daxilində İŞİD militanları üçün məsuliyyəti öz üzərinə götürəcəyini vəd etmiş, lakin başqaları üçün cavabdeh olmayacağını bildirmişdi.

Bazar ertəsi günü Ankarada jurnalistlərə müsahibə verən Akar deyib ki, YPG yeganə İslam Dövləti həbsxanasını artıq boşaldıb.

“Bildiyiniz kimi, bu Daesh (İslam Dövləti) mövzusu ilə bağlı həbsxana məsələsi var. Biz bu həbsxanalarla bağlı çox səy göstərməyə qərarlıyıq. Ancaq bölgəmizdə yalnız bir Daesh həbsxanası var”, -  Akar deyib.

“Biz ora gedəndə gördük ki, həbsxana YPG tərəfindən boşaldılıb və İslam Dövləti yaraqlıları oradan qovulub. Bunu fotoşəkillər və filmlər vasitəsilə müəyyən etdik, həmkarımızla danışdıq və bundan sonra da belə edəcəyik”,- o deyib.

Akar həbsxanadan nə qədər məhbusun çıxarıldığını deməyib. O, həmçinin məhbusların kim tərəfindən və hara aparıldığını da açıqlamayıb. YPG-dən bu haqda dərhal şərh almaq mümkün olmayıb.

Heç bir dəlil təqdim etməyən Tramp bazar ertəsi günü kürd qüvvələrinin ABŞ əsgərlərini yenidən bölgəyə gətirmək üçün qəsdən İŞİD məhbuslarını azad edə biləcəyinə dair tvit atmışdı. “Qaçan döyüşçülər Türkiyə və ya Avropa millətləri tərəfindən asanlıqla ələ keçirilə bilər, amma onlar sürətlə hərəkət etməlidirlər”,- Trump deyib.

Artıq keçən həftə başlamış savaş nəticəsində İŞİD məhbuslarının həbsxanadan qaçması qərb ölkələrində böyük narahatlıqlara səbəb olub. Bölgənin kürdlər tərəfindən idarə edən qurum deyib ki, 785 İŞİD mənsublu xarici vətəndaş həftəsonu Ain İssa kampından qaçıb. Britaniya mərkəzli müharibə monitor təşkilatı kampdakı mənbələrə istinadən deyib ki, 100-ə yaxın insan həbsxanadan qaçıb.

Prezident Rəcəp Tayyip Ərdoğan bazar günü xəbərləri təkzib edib və deyib ki, İŞİD döyüşçülərinin həbsxanadan qaçması dezinformasiyadır və qərbi provokasiya etmək məqsədi güdür.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/n5uy7j

Ən çox baxılan