Türkiyədə polis bölməsinə silahlı hücum: ölən və yaralananlar var

Foto: “Hürriyet”

Senytabrın 8-də, səhər saatlarında İzmirdə polis bölməsinə silahlı hücum olub.

Hadisə nəticəsində polis əməkdaşları Muhsin Aydemir və Hasan Akın həyatını itirib. Digər polis əməkdaşları Ömər Amila və Murat Dağlı isə yaralanıb.

İzmir valisi Süleyman Elbanın açıqlamasına görə, hücum edən  16 yaşlı lisey şagirdidir. Hücum zamanı istifadə etdiyi silah, atasının 10 il öncə aldığı ov tüfəngi olub.

Türkiyə daxili işlər naziri Ali Yerlikaya və ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı açıqlama verərək, hadisəni törədən 16 yaşlı şəxsin saxlanıldığını və geniş araşdırma aparıldığını bildiriblər. 

Sonradan hadisəni törədən 16 yaşlı oğlanın xəstəxanada həlak olduğu bildirilib.

Ana səhifəXəbərlərTürkiyədə polis bölməsinə silahlı hücum: ölən və yaralananlar var