Şəhriyar Abdullayev üzərində gizlətdiyi ülgüc ilə boğaz və qol nahiyələrinə xəsarət yetirib
Oğurluqda təqsirləndirilərək məhkəmə qarşısına çıxarılan Şəhriyar Abdullayev özünü ülgüclə doğrayıb.
“Report”un məlumatına görə, hadisə Xəzər Rayon Məhkəməsində baş verib. Hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Şəhriyar Abdullayev üzərində gizlətdiyi ülgüc ilə boğaz və qol nahiyələrinə xəsarət yetirib. Hadisə nəzarətçilərin və proses iştirakçılarının gözü qarşısında baş verib.
O, “Təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıb.
Meydan TV ərazidə olan tibb ocaqları ilə əlaqə saxlasa da, təqsirləndirilən şəxsin vəziyyəti ilə bağlı məlumat əldə edə bilməyib.