Tarif Şurasının tərkibi genişləndirildi

Tarif Şurası. Foto: “az.shafaqna.com”

İlham Əliyev bununla bağlı fərman imzalayıb

Azərbaycan Tarif (qiymət) Şurasının tərkibi genişləndirilib.

Prezident İlham Əliyev aprelin 7-də bu barədə fərman imzalayıb.

Sənədə görə, Tarif Şurasının tərkibinə Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri əlavə olunub.

Prezidentin digər bir dəyişikliklə təsdiqləyib ki, bundan sonra Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq.

Bundan əvvəl Tarif Şurasının tərkibinə iqtisadiyyat naziri (sədr), maliyyə, ədliyyə, energetika, rəqəmsal inkişaf və nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, elm və təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri daxil olub.

Eyni zamanda, dövlət gömrük, şəhərsalma və Arxitektura komitələrinin sədr müavinləri də şurada təmsil olunub.

Azərbaycan Tarif Şurası 2005-ci ildə yaradılıb. İşi dövlət tənzimlənməsi ilə bir sıra məhsul və xidmətlərin qiymətini müəyyən etməkdir.

Ana səhifəİqtisadiyyatTarif Şurasının tərkibi genişləndirildi