Leyla Şəripovanı “Şərqin bülbülü” adlandırırdılar
Tacikistanın və Azərbaycanın Xalq artisti, müğənni Leyla Şəripovanın (Şərifi) fevralın 19-da Almaniyanın Düsseldorf şəhərində vəfat etdiyi bildirilir.
Bu barədə tacikistanlı jurnalist Odil Nazir “Facebook” səhifəsində yazıb.
94 yaşlı müğənninin ölüm səbəbi açıqlanmır.
Leyla Şəripova 1931-ci il iyunun 22-də Bakıda anadan olub.
Şəripovanın repertuarında Azərbaycan, türk, əfqan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları olub.
Leyla Şəripova Adil Bağırovun rəhbərliyi ilə “Xatirə” Azərbaycan xalq çalğı alətləri ansamblı və Gülarə Əliyevanın rəhbərliyi ilə “Dan ulduzu” ansamblı ilə əməkdaşlıq edib.
Onu “Şərqin bülbülü” adlandırırdılar.
Müğənni 1988-ci ildən Düsseldorfda yaşayırdı.