Suriya Havadan Müdafiə Sistemi Rusiya təyyarəsini vurub

Rəsmi Moskva hadisəni İsrailin təxribatı adlandırıb

Source:
Rus təyyarəsi
Rus təyyarəsi
Rus təyyarəsi
Rus təyyarəsi


Rəsmi Moskva hadisəni İsrailin təxribatı adlandırıb

Suriyanın Havadan Müdafiə Sistemi Aralıq dənizi üzərində Rusiyanın “İl-20” hərbi-nəqliyyat təyyarəsini vurub.

Rusiya mətbuatının məlumatına görə, hadisə təsadüfən baş verib və suriyalıların İsrailin raket zərbələrindən müdafiəsi zamanı olub.

Təyyarədə olan 15 rusiya hərbçisi həlak olub.

Hadisəyə görə, Rusiya İsraili ittiham edib. Rusiya tərəfi bildirib ki, İsrail raket zərbələrinin başlanmasına 1 dəqiqə qalmış Rusiyaya xəbərdarlıq edib və rusiyalı hərbçilər təyyarəni təhlükəli zonadan çıxarmağa imkan tapmayıblar.

Rusiya Müdafi Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov bəyan edib ki, israilli pilotlar F-16 təyyarələrini raketdən qorumaq üçün Rusiya təyyarəsinin arxasında gizlədiblər və nəticədə Suriya havadan müdafiə qüvvələrinin raketi Rusiya təyyarəsinə dəyib.

General-mayor bunu təxribat adlandırıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu israilli həmkarı Aviqdor Libermanla telefon söhbəti zamanı Rusiyanın cavab addımları atmasına hüquqlarının olduğunu bəyan edib.

Ana səhifəXəbərlərSuriya Havadan Müdafiə Sistemi Rusiya təyyarəsini vurub