Xəsarət alanardan ikisi uşaqdır
Sumqayıtda Yəhya Məmmədov küçəsində yerləşən ikimərtəbəli yataqxanada partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayışın 2-ci mərtəbədəki mənzillərdən birində qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.
Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, 4 nəfər xəsarət alıb.
“Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb”, – FHN-dən belə deyilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, partlayış zamanı xəsarət alan 4 nəfərdən ikisi uşaqdır. Onlardan biri 11 yaşlı oğlan, digəri isə 15 yaşlı qızdır. Böyüklər Sumqayıtdakı Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə şəhərdəki Uşaq Xəstəxanasına yerləşdirilib.
Böyüklərdən birinin vəziyyəti stabil, qalan 3 nəfərin durumu isə orta ağır qiymətləndirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.