Hafiz Babalının telefonu açıqdır, amma…
Bu dəqiqələrdə Hafiz Babalı sərbəst buraxılıb. Özü saxlanılması haqda Meydan TV-yə deyib ki, ondan Sumqayıt şəhərində ReAL-ın dərirmi masalarının keçirməsi barədə izahat alınıb.
Bu barədə Meydan TV-yə “Turan İA”nın əməkdaşı Tapdıq Fərhadoğlu verib.
O, deyib ki, ReAL-çı və həmkarı Hafiz Babalı 2 saatdan çoxdur Sumqayıt Şəhər Polisindədir, hələ heç bir məlumat ala bilməyiblər.
T.Fərhadoğlu Babalının hansı səbəbdən polisə çağrıldığını da bilmədiyini deyib.
Meydan TV Hafiz Babalıyla əlaqə saxlamağa cəhd edib, jurnalistin telefonuna dostu cavab verib və 2 saat 40 dəqiqədir heç bir məlumat ala bilmədiklərini deyib.
Hafiz Babalı ReAL-ın Sumqayıt EL məclisinin rəhbəridir və “Turan İA”-nin əməkdaşıdır.