Ssenarist “Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif edir

O.Fikrətoğlu. Foto: “sherg.az”

“Kinematoqrafiya, sadəcə, yaradıcılıq deyil, həm də istehsalatdır”

Ssenarist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu “Kinematoqrafiya haqqında” Qanuna dəyişiklik edilməsini təklif edib.

O, bu təkliflə “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda çıxış edib.

“Kinematoqrafçılığın inkişafı üçün mütləq qanunvericilik dəyişməlidir. Kinematoqrafiya, sadəcə, yaradıcılıq deyil, həm də istehsalatdır. İstehsalat isə bu gün Azərbaycandakı bazar mühiti ilə bağlıdır. Kinematoqrafçılar üçün birinci olan isə təbii ki, bədii prosesdir. Bunları isə təşkilatçılıq, idarəçilik məsələləri ilə uzlaşdıra bilər”, – Orxan Fikrətoğlu deyib.

“Kinematoqrafiya haqqında” Qanun 1998-ci ildə qəbul olunub.

Hazırda Bakıda “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu keçirilir.

Foruma mədəniyyət naziri Adil Kərimli və incəsənət xadimləri qatılıblar.

Ana səhifəMədəniyyətSsenarist “Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif edir