Söyüş söyməkdə ittiham edilən cəbhəçi cərimələndi

Bəşir Tarıverdiyev apelyasiya şikayəti verəcəyini deyib:

Source: google.az


''Saxlanmağımın səbəbi sosial şəbəkədə yazdığım tənqidi statuslarımdır''

Nәsimi Rayon Mәhkәmәsi iyunun 11-dә Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Bəşir Tarıverdiyevin 100 manat cәrimәlәnməsi haqda qərar qəbul edib.

İyunun 10-da mülkigeyimli polislər tərəfindən saxlanılan Bəşir Tarıverdiyev İnzibati Xәtalar Mәcәllәsinin 510-cu (xırda xuliqanlıq) maddәsi ilә tәqsirli bilinib.

Bu barədə Meydan TV-yə AXCP üzvü Bəşir Tarıverdiyev özü danışıb.

Bəşir Tarıverdiyev apelyasiya şikayəti verəcəyini deyib:

“Məni küçәdә söyüş söymәkdә ittiham edirlər, halbuki, elə bir şey olmayıb. Əslində, saxlanmağımın səbəbi sosial şəbəkədə yazdığım tənqidi statuslarımdır. Dünən bir neçə saat saxladılar, sәhәr saat 9-da Nәsimi Rayon Mәhkәmәsinә gәlmәyimlә bağlı yazılı iltizam aldılar. Bu gün də mәhkәmә 100 manat cәrimәlәdi”.

Ana səhifəXəbərlərSöyüş söyməkdə ittiham edilən cəbhəçi cərimələndi