Martın 8-də “Qadınlara hədiyyə” aksiyası keçiriləcək. “Sovetski”də qadınlar bu yolla öz etirazlarını bildirəcəklər.
Mediada “Sovetski” məhəlləsinin əhalisinin martın 4-də keçirdikləri aksiyadan sonra 7 nəfərin həbs olunduğu barədə məlumat yayılıb. Artıq həbs olunanlara məhkəmə cəza hökmü çıxarıb. Onlar aşağıdakılardır:
Elxan Əliyev, Hikmət Zeynalov (diabet xəstəsi)-30 sutka, Rəşad Ataşov, Mirislam, Fərid, Pənah və Ülvi hər biri 15 sutka azdlıqdan məhrum olunublar.
Son məlumata görə, “Sovetski”də xanımlar martın 8-də “Qadınlara hədiyyə” aksiyası keçirəcəklər. Qadınlar bu yolla evlərinin sökülməsi müqabilində cüzi kompensasiyaların verilməsinə etiraz etməyi planlaşdırırlar.