Postsovet məkanının SSRİ-nin dağılmasından 25 il keçdiyi və yeni ölkələrin müstəqil dövlət ənənələri təcrübəsi qazandığı, Qərb cəmiyəti ilə ziddiyyətli də olsa, birbaşa beynəlxalq dialoq qurduğu hazırki inkişaf mərhələsində sabitliyin pozulmasında ən az maraqlı olan ABŞ-dır
Mərkəzi Asiyanın əsas siyasi fiqurlarından biri olan İslam Kərimovun siyasi səhnədən gedişi təkcə Özbəkistanın deyil, bütün regionun yeni transformasiya mərhələsindən xəbər verir. Bu hadisə məntiqi olaraq üçüncü dünyanı əhatə edən dəyişikliklər zəncirinə daxildir.
Kərimovun gedişini bütün Avrosiyaya toxunan dəyişikliklər dövrünün hökmü əvvəlcədən müəyyən edib və bu və ya digər formada şərq tipli avtoritar və ya yarımavtoritar rejimləri demokratiyaöncəsi və ya demokratiya mərhələsinə keçirir.
Avtoritar iqtisadiyyatların böhranı SSRİ-nin dağılmasından sonra formalaşmış yeni müstəqil ölkələrdə sistemli problemlər olduğunu açıq-aşkar üzə çıxardı və onların təbii resursların istismarına və korrupsiyaya əsaslanan əvvəlki rejimlə artıq inkişaf etmək iqtidarında olmadığını nümayiş etdirdi.
SSRİ dövründən hakimiyyəti qəsb etmiş sovet elitaları çaş-baş qalıblar, dəyişikliklər zərurətini və bu dəyişikliklərin onların “əbədi” hakimiyyətinin sonu olacağını dərk edirlər. Onların əksəriyyəti sivil dünyanın demokratiyaya keçid təkliflərini qəbul edə bilmədilər və yanlış olaraq (cəmiyyətlərin hazırki böhran vəziyyəti bunu sübut edir) dəyişikliklərə müqavimət və klan dövlətlərinin formalaşdırılması yolundan getdilər.
Hələ İttifaqın dağılmasından sonra 2014-cü ildən etibarən bütün postsovet məkanını əhatə edən ən geniş miqyaslı böhrana qədər elitalar hələ də əmin idilər ki, tarixin gedişatını onlara lazım olan şəkildə düzəldə biləcəklər. Azərbaycan prezidenti İlham Əliyev də rejimin əsas qida mənbəyi olan neftin yüksək qiymətlərinin hələ ən az 25 il belə qalanacağından əmin idi. Amma bu yanlış perspektiv onu, eləcə də digər postsovet dövlətlərinin idarəçilərini dalana girmiş sistemlərdə islahatlar haqqında məcburi qərarlar qəbul etməyə vadar etdi.
Hələ dünən elə görünürdü ki, sanki avtoritar rejimlər iqtisadiyyatı inhisarlaşdırıb və cəmiyyət üzərində repressiv nəzarət qurub, möhkəm dayanıblar. Hətta qərb siyasətçiləri və analitikləri Rusiya, Azərbaycan, Ermənistan və Mərkəzi Asiya ölkələrində avtoritar təmayüllərin getdikcə daha da möhkəmləndiyini görərək, gələcəyi bədbin qiymətləndirirdilər.
2014-cü ildə Pitsburqavdan olan Amerikalı araşdırmaçı Cenifer Murtazaşvili “Üç səbəbədən özbəkistanda inqilab olmayacaq” adlı araşdırmasında belə bir fikir ifadə etmişdi (xüsusiyyətləri bütün postsovet avtoritar rejimlərinə aid etmək olardı):
– İslam Kərimovun rejimi möhkəmdir, çünki, birincisi, onun siyasəti yüksək iqtisadi inkişaf tempini təmin edib; ikincisi, klanlar və dövlət maraqları elastik şəkildə birləşib; üçüncüsü, istənilən narazılıq təzahürünə qarşı repressiv tədbirlər görülür;
– hakimiyyət “stasionar banditdir”, o, elə bir nisbətdə talayır ki, talanan şəxs həyatda qalmaq və işləməyə davam edib özünü və “banditi” gəlirlə təmin etmək imkanına malik olsun;
– sosial qeyri-bərabərlik səviyyəsinin aşağı olması insanları qiyama/inqilaba təşviq etmir;
– siyasi liderlər arasında hazırki rejimə alternativ yoxdur;
– İ.Kərimov hakimiyyətə gəldiyi zaman onun nəinki siyasi dairələrdə, heç vətəndaş cəmiyyətində də rəqibi yox idi;
– hökumət resursları elə səmərəli şəkildə paylaşdırır ki, əhalinin müəyyən lazımi səviyyədə həyatı var;
– hakimiyyət əhaliyə nəzarət etmək və etirazçı potensialın özünü göstərməsinin qarşısını almaq üçün məhəllə institutundan məharətlə istifadə edir;
– sosial dəstək sistemi yaradılıb və bu, insanların hakimiyyətə etibarını təmin edir.
Amma bu gün böhran şəraitində bütün qeyd edilən amillər sürətli dağılma prosesindən keçir, iqtisadiyyatın və sosial rifahın daimi inkişafı ilə bağlı əsassız perspektivlərlə aldadılmış cəmiyyətin bütün təbəqələrində inqilab əhval-ruhiyyəsi formalaşdırır. Hakimiyyət artıq siyasi opponentlərlə deyil, bütün əhali ilə qarşı-qarşıyadır.
Postsovet məkanının SSRİ-nin dağılmasından 25 il keçdiyi və yeni ölkələrin müstəqil dövlət ənənələri təcrübəsi qazandığı, Qərb cəmiyəti ilə ziddiyyətli də olsa, birbaşa beynəlxalq dialoq qurduğu hazırki inkişaf mərhələsində sabitliyin pozulmasında ən az maraqlı olan ABŞ-dır.
SSSR-i dağıldığı zaman ABŞ keçid dövrünün qeyri-sabitliyindən postsovet məkanına nüfuz etmək və öz təsirini fomalaşdırmaq üçün məharətlə istifadə etdi. Onun bu təsiri daim güclənir, xüsusən də iqtisadi böhranlar zamanı.
Hazırki mərhələdə ABŞ stabil, proqnozlaşdırılan, ortaq dəyərləri və beynəlxalq hüquq və öhdəliklərlə müəyyən edilmiş davranış normalarını bölüşən tərəfdaşların formalaşmasında maraqlıdır. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski hələ ilk postsovet illərində hesab edirdi ki, ABŞ-ın milli maraqlarını yalnız demokratik rejimlər təmin edə bilər. Maraqlar deyərkən demokratiyadan bu cür dövlətlərin idarə edilməsi aləti kimi istifadəni deyil, hər bir tərəfin təhlükəsizliyini və inkişafını təmin edən maraqlar konsensusu yaradılmasını nəzərdə tuturdu. Bu cür model yaradılan Avropada və dünyanın digər regionlarında İkinci Dünya Müharibəsindən sonra belə əyani nümunəsi ortaya çıxdı.
Vaşinqtonun Avrasiya məkanında apardığı son fəal danışıqlar göstərir ki, gələcəkdə ABŞ avtoritarizmlə demokratiya arasında tranzaksiyada olan ölkələrə yumşaq, amma ardıcıl təzyiq formulundan istifadə edəcək, belə ki, sovet siyasi mogikanlarının o biri dünyaya getməsindən sonra öz milli təhlükəsizlik doktrinasının həyata keçirilməsi üçün ciddi maneə hiss etmir.
Putinin, Lukaşenkonun, Nazarbayevin, Əliyevin, Sarkisyanın, Rahmanovun və başqalarının iqtisadi böhrandan irəli gələn konstruktivliyi göstərir ki, inqilab və ya təkamül amili qarşısında qalan liderlər ikinciyə daha çox üstünlük verir. Və dünya bu ölkələrdə müxtəlif növ islahat təşəbbüslərinin formalaşmasının şahidi olur.
Postsovet məkanında aparıcı oyunçu kimi Rusiya da həm öz islahatlarında, həm də sərhədləri boyunca islahatlarda çox maraqlıdır, bu, onun xarici təhlükəsizliyini gücləndirir və inkişaf etməkdə olan qonşu bazarlara daxil olmaq və yeni maliyyə və maddi resurslar cəlb etmək üçün daha əlverişli şərait yaradır.
Prezident Vladimir Putinin Səmərqəndə səfəri Kərimovun xatirəsinin yad edilməsi ilə yanaşı, həm də hamıya Moskvanın Kərimovun razılaşdırılmış xələfi Şavkat Mirzəyevin idarə edəcəyi Özbəkistanda hadisələrin gələcək inkişafını dəstəklədiyi mesajı idi.
Moskva Karnegi Mərkəzi hələ Kərimovun ölümündən əvvəl onun gedişindən sonra hakimiyyətin daha repressiv və islahatlara daha çox meylli olacağını təxmin etmişdi.
Mərkəzin rəyləri əsassız deyildi. 2015-ci ilin oktyabrında dövlət katibi Con Kerri Səmərqənddə yeni C5+1 (MA ölkələri + ABŞ) formatını işə salıb. Format, maraqlı da olsa, hazırda postsovet orta asiya respublikalarının heç nəyinə etiraz etmədikləri ABŞ-ın regionda rolunu gücləndirmək məqsədi daşıyır. Tacikistanın xarici işlər naziri Sirociddin Aslov bunu əyani şəkildə göstərdi, o, həmkarları qarşısında çıxışında bildirdi ki, ABŞ-ın Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatında iştirakı iqtisadi inkişafın və regionda sabitliyin güclənməsinə şərait yaradacaq.