Sosial şəbəkə istifadəçilərinə çağırış edildi

“Vətəndaşlarımızın qələbə əhvali-ruhiyyəsinin yüksək olmasını, ərazilərimizin tez bir zamanda azad edilməsi kimi müqəddəs arzularını anlayışla qarşılayaraq, onlardan yalnız rəsmi məlumatlara istinad etmələri, dəqiqləşdirilməmiş məlumatları yaymamaları xahiş olunur”.

Foto: Müdafiə Nazirliyi


“Döyüş əməliyyatları barədə xoş məramla işlədilmiş qeyri-dəqiq məlumatlar da qarşı tərəfin mənafeyinə xidmət edə bilər”

Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 19-da sosial şəbəkə istifadəçilərinə çağırış

edib

.

Bildirilib ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar:

“Bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər. Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.

Oxşar çağırışı bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX)

yayıb

.

1602775006154_fdsPQBLf.jpg
Dövlət Təhlükəsizliyi Xidməti

Məlumatda qeyd olunub ki, ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycan Ordusunun bəzi yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işə əngəl törətməklə qələbənin asanlıqla qazanılması kimi cəmiyyətdə yanlış təsəvvürlərin və arxayınçılığın formalaşmasına zəmin yaradır:

“Vətəndaşlarımızın qələbə əhvali-ruhiyyəsinin yüksək olmasını, ərazilərimizin tez bir zamanda azad edilməsi kimi müqəddəs arzularını anlayışla qarşılayaraq, onlardan yalnız rəsmi məlumatlara istinad etmələri, dəqiqləşdirilməmiş məlumatları yaymamaları xahiş olunur. Döyüş əməliyyatları barədə xoş məramla işlədilmiş qeyri-dəqiq məlumatlar da qarşı tərəfin mənafeyinə xidmət edə bilər”.

Ana səhifəSiyasətSosial şəbəkə istifadəçilərinə çağırış edildi