Sosial mediada hakimiyyətə qarşı tənqidi yazılar yazan ictimai fəal həbs olunub

Foto: Dəyanət Çələbiyevin şəxsi Facebook səhifəsindən

Sosial mediada hakimiyyətə qarşı tənqidi yazıları ilə tanınan ictimai fəal Dəyanət Çələbiyev həbs olunub.

Çələbiyev dekabrın 22-də saxlanılıb, iki gün sonra Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Prosesə səlahiyyətinə bir neçə gün öncə xitam verilmiş hakim Rəfael Sadıxov sədrlik edib. 

İngilis dili müəllimi olan Dəyanət Çələbiyev qəsdən sağlamlığa ağır zərbə vurmaqda ittiham olunur. Bu maddə ilə ona 6 ildən 11 ilədən həbs cəzası verilə bilər.

O özünü təqsirli bilmir, tənqidi yazılarına görə həbs olunduğunu deyir.

Fəal həbsindən bir gün öncə “Facebook” səhifəsində Prezident İlham Əliyevin rəhbərlik etdiyi hökumətin ölkəni fəlakətə apardığını yazmışdı:

 “Əliyevin ailə hakimiyyəti ölkəni gücləndirmədi, ölkəni zəiflətdi. Dövlət şəxsləşdirildi, xalq kənarlaşdırıldı, gələcək ipoteka altına qoyuldu”.

Çələbiyev bu ilin mayında xuliqanlıq və polisin tələblərinə tabe olmama maddəsi ilə 30 sutka həbs edilmişdi. 

Ana səhifəTövsiyəSosial mediada hakimiyyətə qarşı tənqidi yazılar yazan ictimai fəal həbs olunub