Martın 23-də Nazirlər Kabineti yanında Operativ qərargah ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğunu açıqlayıb. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Həmçinin Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyə çağırıb. İctimai iaşə müəssisələrində iş vaxtı 12.00-15.00 arası müəyyən edilib. Ancaq hələ də iş başında olan, küçədə dolaşan insanlara rast gəlinur. Bakı sakinlərindən, xüsusilə yaşlılardan soruşduq ki, onları küçəyə çıxmağa nə vadar edir?