Anlaşmanın dəyəri 15 milyon avro olub
İyulun 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “Qalatasaray” klubu arasında sponsorluq müqaviləsi imzalanıb.
İmzalanma mərasimi “Ali Sami Yen” idman kompleksində keçirilib. Üçillik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 (15 milyon) avro təşkil edir.
Anlaşmaya görə, “Qalatasaray” 2023/2024 mövsümündə UEFA-nın bayrağı altında keçirilən bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası daxil olmaqla) sinəsində SOCAR yazısı olan formada çıxış edəcək.