SOCAR: Qaz kəmərinin partlaması texnogen xarakter daşıyır

“Magistral kəmərdə baş verən qəza texnogen xarakter daşıyır”, – SOCAR-ın yaydığı məlumatda belə deyilir

Source:
SOCAR


“Magistral kəmərdə baş verən qəza texnogen xarakter daşıyır”, – SOCAR-ın yaydığı məlumatda belə deyilir

Dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində magistral qaz kəmərində baş vermiş hadisənin səbəbi araşdırılır.

SOCAR-ın məlumatına görə, ilkin baxış bir neçə versiyanı nəzərdən keçirməyə imkan verir:

“2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması, yaxud kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları nəzərdən keçirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir”.

Araşdırma işləri yekunlaşdıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcək.

Ana səhifəXəbərlərSOCAR: Qaz kəmərinin partlaması texnogen xarakter daşıyır