Mənbə: Meydan Tv

SOCAR Latviyada aparılan istintaqı əngəlləmək üçün qanuni tələbləri yerinə yetirməkdən imtina edib

Məqalə yeniləndi:  10 Aprel 2021

İsveçrə məhkəməsi SOCAR-ın tələbini qəbul etməyib

İsveçrə Federal Məhkəməsi 2017-ci ildə şübhəli pul əməliyyatları ilə bağlı yürüdülən istintaq çərçivəsində Azərbaycanın SOCAR Şirkətinin Latviya polisinə bank əməliyyatları ilə bağlı məlumat verməkdən imtina etdiyini irəli sürüb. Bunlar Malta hökuməti ilə “SOCAR Trading” arasında imzalanan bir müqaviləylə bağlıdır.

Keçmiş nazir Konrad Mizzi “Elektroqas” elektrik stansiyası üçün 18 il müddətinə gülünc şəkildə şişirdilmiş qiymətlərlə maye qaz (LPG) almağı öhdəliyinə götürərək, 2015-ci ildə “SOCAR Trading” şirkəti ilə "təchizatın təhlükəsizliyi müqaviləsi" imzalayıb.

“Shift” qəzeti, Maltanın Maliyyə Kəşfiyyatı Təhlili Qurumunun hesabatından əldə edilən məlumatlara əsaslanaraq, “Elektroqas” zavodunun 18 il müddətinə maye qazla (LPG) təmin edilməsi ilə əlaqədar hökumət və “SOCAR Trading” arasında müqavilə imzalayan şəxsin keçmiş nazir Konrad Mizzi olduğunu üzə çıxarıb.

“Shift” qəzeti həmçinin, Malta hökumətinin bu LPG müqaviləsinin mövcudluğunu Avropa Komissiyasından gizlətmək üçün əlindən gələni etdiyini bildirib. Bu günə qədər bu müqavilə ictimaiyyətə açıqlanmayıb. Nüsxələrinin verilməsi üçün göndərilən sorğular hətta parlament tərəfindən dəfələrlə rədd edilib.

2020-ci ilin yanvarında Latviya polisi, Dubayda yerləşən, hüquqi statusa malik SOCAR (SOCAR Trading DMCC) şirkəti və İsveçrə bankı arasındakı bank əməliyyatları ilə bağlı məlumat verilməsini tələb edib. Polis İsveçrənin Cenevrə yurisdiksiyasına beynəlxalq sorğu məktubu ünvanlayıb.

Latviya rəsmiləri Malta ilə “SOCAR Trading” arasında LPG istehsalı və ya ticarəti üçün 2015-ci ildə imzalanan, “Malta dövlətinin maraqlarını pozaraq bağlanan müqavilə” və çirkli pulların yuyulması ilə əlaqədər istintaqın yürüdüldüyü qeyd edib.

İstintaqın bu müqavilə ilə əlaqədar olaraq 2017-2018-ci illərdə Latviya bankları vasitəsilə SOCAR-ın Dubayda yerləşən müəssisələrilə iki bilinməyən məhdud ortaqlıq arasında 28 milyon avroluq mübadilə üzərində aparıldığı bildirilir.

Əsasən Şotlandiyada yerləşən məhdud ortaqlıqlar barədə məlumatlar Azərbaycan və Rusiyada pulların yuyulmasıyla yanaşı, yüksək səviyyədə rüşvət verilməsi ilə bağlı bir neçə araşdırmada yer alıb. Buna bir səbəb də bu vasitəçilərin kimliyinin anonim saxlanılmasıdır.

2018-ci ildə ABŞ rəsmiləri əslində "pulyuyan maşın" adlandırılan ABLV Bankının bağlanılması üçün güclü təzyiq göstərdikdən sonra Latviya bankının idarəçiləri bankı bağlayıb. Bu istintaqın qismən də olsa ABLV Bankından sızan məlumatlara əsaslandığı aydındır.

Latviya polisi 28 milyon avronun mənbəyini araşdırmaq üçün “Socar Trading” şirkətinin Cenevrədəki bank vasitəsilə yürütdüyü bank əməliyyatlarını və məlumatları tələb edib.

SOCAR "gələcəkdə Maltanın bu faktlarla əlaqədar ona qarşı qanuni addımlar atacağı" riskinə görə və məlumatların Malta ilə paylaşılmasından ehtiyat edərək Latviya rəsmilərinə məlumat verilməsinə etiraz edib.

SOCAR üzə çıxan faktların "Maltada çirkli pulların yuyulması anlamına gəlmədiyini" və bu səbəbdən bu şəkildə daha çox məlumat mübadiləsi aparılmasının Avropa Cinayət Məsələlərində Qarşılıqlı Yardım Konvensiyasını pozacağını irəli sürüb.

İsveçrə məhkəməsi şirkətin Konvensiyanın pozulması ilə bağlı narahatlığını konkret dəlillərlə əsaslandırmadığını bildirərək, SOCAR-ın tələbini rədd edib.

SOCAR isə Latviyaya ötürüləcək bank məlumatlarının əhatə etdiyi zamanı məhdudlaşdırmağa çalışıb. İsveçrə məhkəməsi Latviya hakimiyyət orqanlarının bütün müvafiq faktları araşdırması üçün məhdudlaşdırma olmamasına qənaət gətirərək, SOCAR-ın bu tələbini də rədd edib.

Qərar apelyasiya məhkəməsi tərəfindən təsdiqlənib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Aprel 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/krlufs

Ən çox baxılan