Siyasi məhbusların yeni siyahısı təqdim edildi

Hazırda Azərbaycanda siyasi məhbusların sayı 80 nəfərdir

Source:

Hazırda Azərbaycanda siyasi məhbusların sayı 80 nəfərdir

Bu barədə məlumatı Meydan TV-yə Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu bildirib.

Vətəndaş cəmiyyətinin 30-a yaxın fəalı və vəkillərin daxil olduğu qrupun məlumatında deyilir ki, 2014-cü il avqustun 8-də açıqlandığı 98 nəfərlik siyahıda 26 nəfər əfv edilib və ya cəza müddəti başa çatdığına görə azad edilib.

Lakin bu siyahı dərc olunduqdan sona repressiyalar davam edib və

yeni

siyasi məhbuslar var.

İşçi Qrupu həbs olunanların işlərini yenidən öyrənib. AŞPA-nın 3 oktyabr 2012-ci il qətnaməsinin meyarlarna uyğun olaraq daha 8 nəfəri siyasi məhbuslar sırasına daxil edib: Murad Ədilov (Azərbaycan Xalq Cəbhəsi Partiyasının  üzvü, bu partiyanın mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Adilovun qardaşı); Seymur Həzi (“Azadlıq” qəzetinin şərhçisi, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP-nın Rəyasət Heyətinin üzvü); Xədicə İsmayılova (“Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşı, araşdırmaçı jurnalist), Elvin Abdullayev  (AXCP  üzvü); Qadir Xudabaxşıyev (AXCP  üzvü, II qrup Qarabağ müharibəsi əlili); Asif Yusifov (AXCP  sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü,  Qarabağ  müharibəsi əlili); Taleh Xasməmmədov ( hüquq müdafiəçisi);  Mübariz Abdullayev (Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı oğlu).

98 nəfərdən ibarət siyahı hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun siyahıları əsasında hazırlanmışdı. Bu siyahının hazırlandığı müddətdə onlar özləri həbsə alınıblar.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu məlumatları Azərbaycanda siyasi məhbusların vahid siyahısı kimi qəbul ediblər.

Ana səhifəXəbərlərSiyasi məhbusların yeni siyahısı təqdim edildi