Şirin Abbasov ailəsinə təhvil verilib

Amma nə vəkili, nə həmkarları jurnalisti görməyib

Source:


Amma nə vəkili, nə həmkarları jurnalisti görməyib

Sentyabrın 16-sı günorta saatlarında saxlanılan və haqqında 30 sutka inzibati cəza tətbiq edilən reportyor Şirin Abbasov oktyabrın 16-da ailəsinə təhvil verilib. Bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Günün sonunda Elçin Sadıqov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib, ona dəqiq vaxt söyləməsələr də, cavab veriblər ki, Şirin Abbasov gün ərzində ailəsinə təhvil verilib.

Amma vəkil idarənin açıqlamasının nə qədər doğru olduğunu izah etməkdə çətinlik çəkib: “Çünki nə həmkarları, nə də onun özü Abbasovu hələ görməyib”

Qanunvericiliyin tələbinə əsasən saat 12-ə qədər Şirin Abbasov sərbəst buraxılmalıydı. Amma DİN-də kollegiya iclası keçirildiyindən jurnalist saat 14-dən tez buraxılmayacağı bildirilmişdi.

Jurnalistin barədə 30 sutka həbs cəzası çıxarılıb. Həmin qərar yalnız 14 gün sonra vəkilə təqdim edilib. Beynəlxalq Hüquq Müdafiə təşkilatları Şirin Abbasovun həbsini pisləyən bəyanatla çıxıb edib.

Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə jurnalist Şirin Abbasovun şikayətinə baxılıb. Jurnalistin özü də prosesə gətirilib, amma məhkəmə zalına 10 nəfərdən çox adam buraxılmayıb.

Jurnalist bildirib ki, o, polisə müqavimət göstərməyib və irəli sürülən maddələrlə özünü təqsirli hesab etmir. “Yasamal Rayon Məhkəməsində bu fikirlərimi ifadə etsəm də, nəzərə alınmadı” deyib.

Vəkil Elçin Sadıqov şikayətin təmin olunmadığını və Şirinin vəkildən imtina etmədiyini bildirib.

Ana səhifəXəbərlərŞirin Abbasov ailəsinə təhvil verilib