SIPRI: Ötən il Azərbaycanın hərbi xərcləri 3 milyard olub

Ermənistanın hərbi xərcləri isə 2015-ci ildə 447 milyon dollar təşkil edib. Bu rəqəm 2014-cü illə müqayisədə 7,7 faiz artıqdır

Source:


Ermənistanın hərbi xərcləri isə 2015-ci ildə 447 milyon dollar təşkil edib. Bu rəqəm 2014-cü illə müqayisədə 7,7 faiz artıqdır

2015-ci ildə dünya üzrə hərbi xərclər 1 faiz artaraq 1,7 trilyon dollar olub.

APA-nın məlumatına görə, bu barədə Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) hesabatında deyilir.

Siyahıya ABŞ başçılıq edir. Bu ölkənin 2015-ci ildə hərbi xərcləri 589 milyard dollar təşkil edib. İkinci yeri 215 milyard dollar xərclə Çin tutur. Səudiyyə Ərəbistanı 87,2 milyard dollar göstərici ilə 3-cü, Rusiya isə 66.4 milyard dollar göstərici ilə 4-cüdür.

Bildirilir ki, Cənubi Qafqazda Azərbaycanın 2015-ci ildə hərbi xərcləri 3 milyard dollar təşkil edib. Bu rəqəmin 2006-ci ilə nisbətən 165 faiz artdığı bildirilir: “Neft qiymətlərinin düşməsinə baxmayaraq, Azərbaycanın hərbi xərcləri 2014-cü illə müqayisədə 2015-ci ildə 8 faiz yüksək olub. Buna səbəb isə Dağlıq Qarabağla bağlı Azərbaycanla Ermənistan arasında münaqişənin kəskinləşməsidir”.

Ermənistanın hərbi xərcləri isə 2015-ci ildə 447 milyon dollar təşkil edib. Bu rəqəm 2014-cü illə müqayisədə 7,7 faiz artıqdır.

Hesabatda qeyd olunur ki, 2014-cü ildə neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar bəzi ölkələrdə hərbi sahəyə ayrılan vəsait də azalıb.

Ana səhifəAnalitikaSIPRI: Ötən il Azərbaycanın hərbi xərcləri 3 milyard olub