Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına qəbul başlanıb

Mənbə: sosial şəbəkə

Təşkilatçılar LGBTQI+ və əlilliyi olanları da müsabiqədə iştiraka çağırır

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına filmlərin qəbuluna başlanılıb.

Builki proqramda iştirak üçün dünyanın hər yerindən filmlərin qəbul olunur.

Filmlərin sənədli janrda olması mütləqdir.

Onlar “FilmFreeway” platforması vasitəsilə qəbul edilir.

Aşağıdakı tələblərdən ən azı birinə cavab verən filmlər “Sevilfest 2023”də iştirak etmək üçün qəbul olunur:

– Qadın rejissorların müəlliflik etdiyi və ya birgə rejissorluq etdiyi müstəqil filmlər,
– Filmin baş qəhrəmanı qadındır,
– Filmin məzmunu qadınlar və onların həyatına təsir edən -məsələlərdən ibarətdir,
– Filmdə qadınların uğur hekayələri, gender bərabərliyi, qadınların cəmiyyətdəki rolu, məişət zorakılığı və gender kontekstində digər münasib mövzular hər hansı şəkildə vurğulanır.

Festival təşkilatçıları LGBTQI+ fərdi, əlilliyi olan və hər bir yaş kateqoriyasından olan insanları müsabiqəyə müraciət etməyə təşviq edir.

Göndərilən filmlər seçki komissiyası tərəfindən dəyərləndiriləcək və seçilən filmlər aşağıdakı nominasiyalar üzrə müsabiqə proqramında iştirak edəcək:

“Ən yaxşı uzunmetraj sənədli film”,
“Ən yaxşı beynəlxalq qısametraj sənədli film”,
“Ən yaxşı yerli qısametraj sənədli film”.

Builki festivalda “Tamaşaçı mükafatı” adlı yeni nominasiya təsis edilib.

Bu mükafat tamaşaçılar tərəfindən səsvermə yolu ilə seçiləcək.

Sevil Film Festivalı 2020-ci ilin sentyabrından keçirilməyə başlayıb.

Festival müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, bu sahə üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaqdır.

Eyni zamanda, yeni yerli sənədli filmlərin, eləcə də, beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkməkdir.

“Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının Sevil pyesindən götürülüb.

Ana səhifəXəbərlərSevil Beynəlxalq Qadın Sənədli Film Festivalına qəbul başlanıb