Səudiyyə ilə Rusiyanın əməkdaşlığı: hasilat azaldılır, neft bahalaşır

Foto: arxiv

Əlcəzairlə Liviya da bu qərarı dəstəkləyib

Dünyanın ən böyük neft ixracatçıları olan Səudiyyə Ərəbistanı və Rusiya iyulun 3-də hasilat ixtisarını dərinləşdirib, neftin qiymətində artıma nail olublar.

Bu, iqtisadi yavaşlama və ABŞ Federal Ehtiyat Sisteminin mümkün faiz artımı ilə bağlı narahatlıqlarına baxmayaraq baş verib.

Səudiyyə Ərəbistanı könüllü olaraq gündəlik neft hasilatının bir milyon barel azaltmasını avqust da daxil daha bir ay uzadacağını bildirib.

Rəsmi Ər-Riyad açıqlayıb ki, azalma daha sonra da uzadıla bilər.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak da Moskvanın avqust ayında neft ixracını gündəlik 500 min barel azaldacağını bildirib.

İxtisarlar qlobal tədarükün 1,5 faizini təşkil edir.

Eyni zamanda, OPEC+ tərəfindən vəd edilən ümumi həcmi gündə 5,16 milyon barelə çatdırır.

İyulun 3-də Əlcəzair Səudiyyə Ərəbistanı və Rusiyanın neft bazarlarını tarazlaşdırmaq və sabitləşdirmək səylərini dəstəkləmək üçün avqustun 1-dən 31-dək neft hasilatını əlavə 20,000 barel azaldacağını da bildirib.

Liviyanın neft naziri Mohamed Oun bildirib ki, ölkəsi Səudiyyə Ərəbistanının “qlobal istehsalçılar, istehlakçılar və qlobal iqtisadiyyat arasında bazar tarazlığına müsbət təsir göstərəcək” qərarını alqışlayır.

Dünya xam neftinin təqribən 40 faizini istehsal edən OPEC+ artıq ötən il razılaşdırılan 2 milyon barel və apreldə razılaşdırılmış və uzadılmış könüllü 1,66 milyon barel də daxil olmaqla qlobal tələbatın 3,6 faizini təşkil edən sutkada 3,66 milyon barel azaldıb.

Bundan sonra “Brent” markalı neftin qiyməti 89 sent artaraq, bir barrel üçün 76.30 dollar olub.

OPEC+ Çinin zəif tələbatına və ABŞ-dan artmaqda olan təchizata cavab olaraq könüllü ixtisar barədə razılaşmanı ötən noyabrda başladıb.

Yenə də neftin qiymətini 70-80 dollar civarından yuxarı qaldırmaq mümkün olmayıb.

Ana səhifəİqtisadiyyatSəudiyyə ilə Rusiyanın əməkdaşlığı: hasilat azaldılır, neft bahalaşır