Səkkiz illik fasilədən sonra kinoya qayıdır

Kameron Diaz. Foto: CNN

Kameron Diaz “Netflix”in yeni filmində çəkiləcək

Amerikalı aktrisa Kameron Diaz səkkiz illik fasilədən sonra yenidən kinoya çəkilmək qərarına gəlib.
49 yaşlı aktirsa “Netflix”in yeni “Back in Action” filmində rol alacaq.

Onun tərəf-müqabilləri aktyorlar Tom Bredi və Ceyms Foks olacaq.

Filmin süjet xətti və nə zaman yayımlanacağı məlum deyil.

Kinorejissor Set Qordonun çəkilişlərə bu il başlayacağı bildirilir.

Kameron Diaz kino karyerasını şəxsi həyatına mane olduğu üçün bitirdiyini açıqlamışdı:

“Kinoya çəkiləndə, aylarla günün 12 saatı çəkiliş meydançasında olursan. Başqa heç nəyə vaxtın qalmır. Onlar sənin vaxtını mənimsəyirlər. Mənə, sadəcə, öz vaxtıma sahib çıxmaq, məsuliyyəti öz üzərimə götürmək lazım idi”.

Aktrisa karyerasını bitirdikdən sonra gitara ifaçısı Benji Madden ilə ailə həyatı qurub.

2019-cu ilin dekabrında onların Reddiks adlı qızı doğulub.

Diaz bir müddət öncə Hollivud kino sənayesindəki qadın düşkünlüyündən danışmışdı.

Onun sözlərinə görə, aktrisalara qarşı diskriminasiya halları onu kinodan uzaqlaşdırıb.
Kameron Diazın kinoda debütü “The Mask” (1994, rejissor Çak Ressel ) filmi ilə olub.
Aktrisa sonuncu dəfə 2014-cü ildə “Annie” filminə çəkilib.

Ana səhifəMədəniyyətSəkkiz illik fasilədən sonra kinoya qayıdır