Ceyhun Əliyev 13 il 7 ay müddətinə azadlıqdan məhrum edilmişdi
Keçmiş siyasi məhbus Səid Dadaşbəyli ilə birgə həbs edilən Ceyhun Əliyev oktyabrın 23-də cəzası bitdiyindən azadlığa buraxılıb.
Məlumatı Bakı İnsan Hüquqları Klubunun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov yayıb.
Rəsul Cəfərov yazıb ki, Səid Dadaşbəyliylə birgə həbs olunanların hamısı artıq azadlıqdadır.
Sonuncu Ceyhun Əliyev idi ki, onu da bu gün azadlığa buraxdılar.
Ceyhun Əliyev 2007-ci ildə həbs olunub və 13 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
2020-ci ilin iyul ayında onun həbs müddəti bitməli idi.
2015-ci ildə daxili qaydaları pozmaq ittihamı ilə onun həbs müddəti daha 6 ay uzadılıb.
2007-ci ildə Cinayət Məcəlləsinin 218, 274, 28.2 və digər maddələri 14 gənc 8-14 il azadlıqdan məhrum ediliblər. 1974-83-cü illərdə doğulan Səid Dadaşbəyli, Mikail İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov, Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbəliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz İsmayılov AR Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28.2. ( yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),180.3.1. (Soyğunçuluq. Mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə ittiham olunaraq, 8-14 il arası azadlıqdan məhrum edildilər.
Adlarıçəkilən gənclərin əksəriyyəti ali təhsilli olduqlarından xarici şirkətlərdə çalışırdı.