Səfir: Kim deyir ki, Rusiya Qarabağ münaqişəsini 15-20 dəqiqəyə həll edə bilər, yanılır

”Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət bundan düzgün nəticələr çıxarmalıdır”

Source:


”Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət bundan düzgün nəticələr çıxarmalıdır”

“Dağlıq Qarabağ münaqişəsini Azərbaycanla Ermənistan özləri həll etməlidir”.

APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin suallarını cavablandırarkən deyib.

“Kimsə deyirsə ki, Rusiya münaqişəni 15-20 dəqiqəyə həll edə bilər, o yanılır. Rusiya yalnız vasitəçi ola bilər. Hər hansı tərəfə təzyiq göstərməklə, lazımi nəticə əldə oluna bilməz. Əsasən etimad olmalıdır, onu isə yalnız ölkələr yarada bilər”, – deyə o vurğulayıb.

Diplomat qeyd edib ki, aprelin əvvəlində baş verən hadisələrin hazırkı vəziyyətin nə dərəcədə təhlükəli olduğunu göstərib: “Bir şey də açıq-aydın məlum oldu ki, yeganə məntiqli yol problemin sülh yolu ilə həllidir. Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət bundan düzgün nəticələr çıxarmalıdır. Rusiya da nəticə çıxarır və vasitəçilik səylərini artıracaq”.

Eyni zamanda, səfir Doroxin Türkiyə-Rusiya münasibətlərinə də toxunub və baş verənlərin Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etmədiyini söyləyib.

O bildirib ki, rəsmi Moskva Azərbaycanın bu məsələdə ölçülü siyasətini yüksək qiymətləndirir: “Bizim əməkdaşlığımız sınağa davam gətirdi. Mənim Azərbaycanda yüksək vəzifəli həmsöhbətlərimdən biri dedi ki, “biz Rusiya və Türkiyə arasında baş verənlərdən sizdən çox narahatlıq keçiririk”. Düşünürəm ki, o şişirtməyib. Azərbaycan üçün nəinki iki yaxın ölkə arasında münaqişəni görmək emosional şəkildə ağrılıdır, həm də o düzgün praktik addımlar atmalıdır. Tarixi oxuyanlar bilir ki, Rusiya-Türkiyə münasibətləri hər zaman mürəkkəb olub. Bir neçə müharibələr olub. Düzdür, sonradan biz həmişə barışmışıq. Ümid edirəm ki, bu, hazırki vəziyyətdə də baş verəcək. Hər şey Türkiyə tərəfindən asılıdır. Onlar nə etməli olduqlarını bilirlər”.

Ana səhifəAnalitikaSəfir: Kim deyir ki, Rusiya Qarabağ münaqişəsini 15-20 dəqiqəyə həll edə bilər, yanılır