Sabiq icra başçısının həbs müddəti artırılıb

İlham Əliyev və Musa Şəkiliyev – Foto: Azertac

Bu gün, oktyabrın 14-də Səbail Rayon Məhkəməsində Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə prosesi keçirilib. 

Prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimata baxılıb.

Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 4 ay müddətinə uzadılıb. 

İyunun 20-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib və Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Onun barəsində rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi açılıb. 

Ana səhifəSiyasətSabiq icra başçısının həbs müddəti artırılıb