Masazır təmsilçisi “Partizan”ı məğlub edib
“Sabah” komandası avqustun 10-da UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.
Rusiyalı mütəxəssis Murad Musayevin baş məşqçisi olduğu komanda Masazırdakı stadionunda Serbiyanın “Partizan” klubu ilə qarşılaşıb. Oyun saat 20:00-da start götürüb.
Qarşılaşma “Sabah”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də keçiriləcək.