Sabah Bakıda 5-7 dərəcə isti olacaq

Yanvarın 5-nə olan hava proqnozu

Source:


Yanvarın 5-nə olan hava proqnozu

Yanvarın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq. Şəhərətrafı yolar buz bağlayacaq.

Yanvarın 5-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlədə duman olacaq. Qıraq qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlədə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 4-9 şaxta, gündüz 3-8 isti, dağlarda gecə 10-15 şaxta, yüksək dağlıq ərazilərdə 18-23 şaxta, gündüz 0-5 şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Ana səhifəXəbərlərSabah Bakıda 5-7 dərəcə isti olacaq