Onların arasında jurnalist və mədəniyyət işçiləri də var
31 nəfər sənətçi, jurnalist və mədəniyyət işçilərinin Rusiyaya girişinin 50 il müddətinə qadağan olunduğu bildirilir.
Onların arasında teleaparıcılar Dmitri Komarov (“Mir Naiznanku”), Nikolay Serqa (“Oryol i reşka”), Andrey Bednikov (“Oryol i reşka”), musiqiçilər Aleksey Potapenko və Anastasiya Kamenski, Svetlana Loboda, Dmitri Monatik, Svatoslav Vakarçuk, Andrey Danilko, həmçinin aktrisa Mila Savitskaya da var.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Bundan sonra əksər dövlətlər ona sanksiya tətbiq edib.
Sanksiyalar iqtisadiyyat, maliyyə sahəsindən mədəniyyətə keçib.
Hollivud studiyaları Rusiyada filmlərinin prokatından imtina edib. Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.
Hərbi münaqişəyə əksər rus və ukraynalı sənətçilər etirazlarını bildiriblər.
Bəziləri hətta Rusiyanı tərk ediblər.
