Qoqunski Ukraynadakı əməliyyatları dəstəkləyib
Rusiyalı aktyor Vitali Qoqunskini siyasi baxışlarına görə Gürcüstana buraxmayıblar.
Aktyor bildirib ki, Gürcüstana dostları və sevgilisi ilə görüşməyə gedirmiş.
“Sərhədçilərin xoş münasibətini gördüm, mənimlə yaxşı davrandılar. Lakin buraxılmamaq əmrim verilmişdi”, – Qoqunski deyib.
Vitali Qoqunski Ukraynada doğulub.
O daha çox “Univer” serialındakı Kuzi rolu ilə tanınıb.
Qoqunski Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyib.
“RİA Novosti”nin yazdığına görə, dəfələrlə konsertlərlə döyüş bölgələrində olub.
Rusiya 2024-cü il fevralın 24-də Ukrayanaya qarşı müharibəyə başlayıb.
Bundan sonra Rusiya və Ukrayna sənətçiləri iki cəbhəyə ayrılıblar.
Onların əksəriyyəti müharibəni pisləsə də, hərbi əməliyyatlara dəstək verənlər də olub.
Müharibə başlayandan sonra Rusiyanın Xalq artisti Alla Puqaçova, onun həyat yoldaşı aktyor Maksim Qalkin, rok-musiqiçi, “Maşina Vremeni” qrupunun lideri Andrey Makareviç, “Veçernıy Urqant” verilişinin aparıcısı, aktor İvan Urqant, müğənni Zemfira Rusiyanı tərk ediblər.
Müharibəni pisləyən sənət adamları Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” elan edilib.